Super User
Xəyalə ilə "sizdəyik" - Aşıq Mübariz Kəlbəcərli 20.11.2022
Şəkidə xəsarətlə nəticələnən yol qəzası...
Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib. Belə ki, kənd sakini İzzət Həsənovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobil texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı qaz borusuna, sonra isə divara çırpılıb. Hadisə nəticəsində qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qaz xəttinin zədələnməsi nəticəsində ətraf ərazidəki evlərə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır.
Yolayrıcın asfaltsız yolları…
Zaqatalanın Yolayrıc kəndinin sakinlərinin yol sarıdan bəxtləri heç gətirməyib. Rayon mərkəzindən 20-25 km aralıda yerləşən bu kəndin yoluna heç vaxt asfalt döşənməyib. Makov kənd İnzibati ərazi nümayəndəliyinə daxil olan bu kəndin əhalisi 1500 nəfərdən çoxdur. Nümayəndəliyin Makov, Paşan, Fındıqlı,Höytala kimi kəndlərinə illər öncə asvalt çəkilsə də, nədənsə bu kənd həmin prosesdən kənar qalıb. Yağmurlu havalarda palçıq, su çalaları, quru havalarda isə toz əlindən yolda piyada hərəkət etmək mümkünsüzdür. Sürücülər deyir ki, yararsız yol səbəbindən avtomobillərin ehtiyyat hissələri də sıradan çıxır. Digər tərəfdən, 10 dəqiqəlik yolu yarım saata gedərək ancaq mənzil başına çatırlar. Cəmi 5 kilometr uzunluğunda olan bu yolun bəzi hisələrinə yerli imkanlar hesabına çınqıl döşənib. Lakin, bu da mövcud problemi ardan qaldırmır. Sakinlər mövcud problemlə əlaqədar dəfələrlə aidiyyati qurumlara müraciət etdiklərini bildirirlər. Avtomobil Yolları dövlət agentliyindən isə bildirildi ki, kənd daxili yolların təmiri regionların sosial-iqtiadi inkişafı layihəsinə uyğun olaraq aparılır. Beləliklə görünür, tezliklə Yolayrıcın yolları da asflat üzü görəcək.
Kəlağayı festivalı keçirilib...
Elə yeri gəlmişkən, Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Kəlağayısı Günü münasibətilə “Nənələrdən miras qalan ismətimdir kəlağayı” adlı festival keçirilib. Elm və Təhsil Nazirliyi, Şəki,İsmayıllı və Bakı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əlaqədar qurumların əməkdaşları, şəhid anaları və qazilər, uşaq və yeniyetmələr iştirak ediblər. Çıxış edənlər ipəkçilik ənənələrinin qorunub saxlanıldığı Şəkidə kəlağayı sənətinin bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. Xatırladılıb ki, kalağayı ənənəsi Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Rəsmi hissədən sonra uşaqların ifasında Azərbaycana, Vətənə, vətənpərvərliyə, birliyə, kəlağayıya həsr edilən şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub.
Futbolda uğurlar qazanan şəkili qızlar...
Qadınlardan ibarət komandanı formalaşdırmaq elə də asan iş deyil. Şəkinin qadınlardan ibarət komandası isə az müddət ərzində bunu bacarıb. Qısa zaman ərzində komanda böyük uğurlar əldə edib. Hətta komandanın bəzi oyunçuları Azərbaycan milli yığmasında da uğurla ölkəmizi təmsil edirlər. Komandanın hər zamanki kimi əsas hədəfi mövsüm sonunda çempionluq yaşamaqdır. Bu hədəfə çatmaq isə heç də asan məsələ deyil. Lakin oyunçular özlərindən əmindirlər. Onlar bu hədəfə çatmaq üçün həftədə azı 3 dəfə məşq edirlər. Komandanın bir digər hədəfi isə yığmaya mütəmadi olaraq oyunçular göndərməkdir. Necə deyərlər, idmanda udmaq da var, uduzmaq da. Biz isə qızlarımıza mövsümün sonunda qızıl medal almağı və beləliklə dünya çempionatındakı ölkəmizi uğurla təmsil etməyi arzulayırıq.
Gözəllik simvolu - kəlağayı...
Həkimcanlı - Psixoloq və psixoterapevt Fidan Abdullayeva - Uşaqlarda aqressiya 26.11.2022
Sakinlərə səyyar qeydiyyat xidmətləri göstərilib...
Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir. Bu dəfə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şamaxı rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Şamaxıda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib. Səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Rayonda 174 bu cür ev siyahıya alınıb. Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur. Əmlak Məsələləri Dövlət Xidməti yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ və Zərdabda da səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.
İndi başla - Fəzail Miskinli və Sevinc Sarıyeva ilə 25.11.2022
Sinif otağının tavanı uçdu...
Ölkədə baş verən hadisələrlə davam edək.Şəkinin Çayqaraqoyunlu kəndində bədbəxt hadisə yaşanıb. Məktəbin siniflərindən birinin plastik tavan hissəsi uçaraq dərs zamanı uşaqların üzərinə düşüb. Nəticədə 4 şagird yüngül xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Şagirdlərə ilkin tibbi yardım göstərilib. Hazırda uşaqların vəziyyəti yaxşıdır. Şəki-Zaqatala regional təhsil idarəsindən isə bildirilib ki, sözügedən məktəbin təmirə ehtiyacının olması ilə bağlı aidiyyatı qurumlar əvvəlcədən məlumatlandırılıb. Yay fəslində cari təmir işləri aparılıb, həmçinin növbəti il üçün təmir olunacaq məktəblər siyahısına daxil edilib. Hazırda isə əraziyə baxış keçirilib, qəzalı korpus bağlanıb.