Super User
Səhər dəmi 11.01.2024
Xərçəng yaradan saxta tomat pastalarının yoxlanma üsulu | Elə çarə 10.01.2024
Şöhrət: Rəqsanənin bəyənmədiyi musiqiyə Şəbnəm aşiq oldu , 10 000-ə aldı! | Xəbərin var? 10.01.2024
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Çıxış Yolu 09.01.2024
Odlu silah-sursat gizlədən şəxslər saxlanılıb...
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib. Tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşə yararlı lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq , eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub. Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zaqatalada minik avtomobili aşıb, xəsarət alan var...
Zaqatalada minik avtomobili aşıb, xəsarət alan var.hadisə gecə saat 04:40-da Zaqatala-Qax avtomobil yolunun Gözbarax kənd inzibati ərazisindən keçən hissəsində baş verib. Rayonun Yeni Suvagil kənd sakini 35 yaşlı Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi "KİA" markalı 99 RA 501 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R. Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib. R. Qurbanov avtomobildən çıxarılaraq aidiyyəti üzrə əraziyə çağrılmış Təcili Tibi Yardım briqadasına təhvil verilib. R. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
"Məhəmməd haradadır?" Soyuq əllər, isti ürək yarmarkasında oyun keçirdi 24.12.2023
Müğənni Ziba göz yaşlarıyla dəhşətli gecədən danışdı | Çıxış Yolu 08.01.2024
Səhər dəmi 10.01.2024
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli müzakirə olunub...
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Şəkidə Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda regional seminar-müşavirə keçirib.
Seminar-müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və 17 dairə seçki komissiyalarının sədrləri iştirak edib. Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin olunmasıdır. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.