Bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir. Bunlardan biri də bankomatların azlığıdır. Rayon mərkəzinə yaxın kəndlərdə yaşayan insanların bank xidmətlərinə əlçatanlığı olsa da, ucqarlarda adicə bankomatdan pul çəkmək üçün insanlar çətinliklərlə üzləşir. Əlverişsiz hava şəraitində, xüsusən avtobus, maşın tapıb mərkəzə getmək müşkülə çevrilir. Əməkdaşlarımız mövzu ilə bağlı Şəkidə araşdırma aparıb. İzləyək..