Super User

Super User

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılan Taleh Əlimovun Aşağı Layısqı kəndində, yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb.

Zaqatalada dörd gün əvvəl avtomobilin vurduğu 14 yaşlı yeniyetmə xəstəxanada ölüb. 2010-cu il təvəllüdlü Əkbər Alxasov müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.Qeyd edək ki, 14 yaşlı Əkbər Alxasovu iyunun 22-i axşam saatlarında Zaqatala şəhəri Salahəddin Kazımov küçəsində 39 yaşlı Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili vurub. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Şəki turu təşkil edilib.

Daha əvvəl İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvar, həmçinin Atəşgah məbədi, Yanardağ abidəsi və Qəbələyə səfər edən uşaqların növbəti dayanacağı Şəkidə məşhur Xansarayı olub. Xansarayı, Abad mərkəzi, Karvanasaray kimi tarixi abidələri böyük maraqla gəzən uşaqlar səfərdən məmnun qalıblar.

Çərşənbə, 26 İyun 2024 13:05

Şəkidə kişi meyiti tapılıb!

Bu gün səhər saatlarında Şəki şəhəri Sabit Rəhman küçəsində kişi meyiti tapılıb. İlkin araşdırma zamanı tapılan şəxsin 38 yaşlı Şəki şəhər sakini Aqil İsmayılov olduğu müəyyən edilib.

Aqil İsmayılovun hansı şəraitdə ölməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Çərşənbə, 26 İyun 2024 12:46

Zaqatalada lavanda yığımına başlanılıb...

Ötən illə müqayisədə bu il sahələrdə məhsuldarlığın yüksək olacağı gözlənilir. Sahələrdən toplanan lavanda gülü emal üçün Gül Emalı Müəsisəsinə gətirilir. Ən son avadanlıqlarla təchiz olunmuş müəssisədə lavanda yağı istehsal olunur.

Bu il sahələrdən toplanacaq 30 ton lavandadan 300 kq lefir yağının istehsalı gözlənilir. Müəssisədə istehsal olunan lavanda yağından ətriyyat, əczaçılıq və müəyyən qədər qida sənayesində istifadə olunur.

Çərşənbə, 26 İyun 2024 08:23

Eşitməyən qalmasın 26.06.2024

Çərşənbə axşamı, 25 İyun 2024 18:42

Səhər dəmi 26.06.2024

238 -dən səhifə 640

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S