Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Daxili Qoşunların yaranması günü münasibətilə Daxili Qoşunların şəhidi, baş çavuş Elçin Nadirovun adını daşıdığı 2b sinfində şəhidin xatirə lövhəsinin açılışı olub. Əvvəlcə məktəbin kollektivi şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əklil qoyublar. Ardınca məktəbdə davam edən tədbirdə müəllimlər, şagirdlər və şəhidin anası iştirak edib. Xatirə lövhəsinin açılışı olub. Şəhid anası məktəblilərin yaxasına şəhidin xatirə nişanını taxıb. Sonra tədbir məktəblilərin vətənpər ruhda kmpozisiyaları ilə davam edib. Sonda şəhidin həyatından bəhs edən videoçarx nümayiş etdirilib və şəhid anasına hədiyyə təqdim olunub.