Super User
Namiq Fərhadoğlu, Firuzə Babayeva və Aynur Qafarli "Xeyirli axşamlar"da 01.05.2024
Eşitməyən qalmasın 03.05.2024
Solo Star - İstedadlar yarışı | Yaxşı deyək, yaxşı eşidək 02.05.2024
Pünhan Piriyev, Nişanə Baxışova, Fərhad Tufan və Əhsən Əhmədov ""5 gün" Mikayıl ilə"də 02.05.2024
Şəkidə Uşaq İncəsənət məktəbinin 85 illik yubiley tədbiri keçirilib...
Heydər Əliyev mərkəzində keçirilən yubiley tədbirinə rayon rəsmiləri, eləcə də incəsənət nümayəndələri qatılıb. Tədbirdə çıxış edənlər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyinin qeyd edilməsinin Şəkinin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıblar. Yubiley tədbiri xalq çalğı alətləri orkestri xor kollektivi və rəqs şöbəsinin konsert proqramı ilə yekunlaşıb.
Nişanə Baxışova & Mikayıl Güləddinoğlu & Fərhad Tufan - Popuri | Canlı ifa
Barama mövsümünə start verildi...
Bu gündən Azərbaycanda yeni barama mövsümünə start verildi. Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonada yerləşən 19 rayonun kümçülərinə inkubasiya nəticəsində əldə olunan tut ipəkqurdu toxumunun paylanılmasına başlanılıb. İlk gün 3250 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb. Ümumilikdə isə bu mövsüm kümçülərə 9000 qutu ipəkqurdu toxumunun əvəzsiz olaraq paylanması nəzərdə tutulur.
Bu il Baramaçılığın kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindən biri olduğunu vurğulayan nazir müavini qeyd edib ki, bu sahə həm də bölgələrdə məşğulluğun təmin olunması baxımından sosial əhəmiyyət kəsb edir.
İstehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Qeyd edək ki, bu ilk ilk dəfə olaraq barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün Muxtar Respublikasya mütəxəssis ezam olunub.
Narkotikin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyənləşib...
Balakən polisi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər kemirib. Spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, son 1 ayda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və yükdaşıma qaydalarını pozan, eləcə də digər kobud qayda pozuntuları törədən 542 sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.