Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edilib

Rate this item
(0 votes)

"Qafqazinfo"nun yaydığı məlumata görə, məmur -- şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib. Şikayətçilər bildirib ki, Tural Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci -Dələduzluq maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib.

Read 68 times Last modified on Cümə axşamı, 13 Mart 2025 16:03

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S