Şənbə, 15 Mart 2025 09:34

Qaxda 100 hektar ərazi yanıb

Yanğın rayonun Ağyazı kəndi ərazisindəki mürəkkəb relyefli sahələrdə baş verib. Əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Bundan əlavə, kənd sakinləri və rayonun meşə təsərrüfatı işçiləri də yanğının söndürülməsinə kömək ediblər. Ötən gün axşam saatlarından başlayan yanğın səhər saatlarında tam söndürülüb. Yanğın zamanı 100 hektar sahədə quru ot və kol-kos yanıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S