Havaların yağmurlu keçdiyi yaz və yay aylarında dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinləri ən çox narahat edən təbiət hadisəsi sel və daşqınlardır. Mənbəyini dağlardan alan 7 böyük çayın keçdiyi Zaqatalada da sel suları demək olar ki, hər il yüzlərlə təsərrüfata,əkin sahələrinə,bağlara ciddi ziyan vurur. Baş verə biləcək təhlükənin qarşısını qismən də olsa almaq məqsədi ilə işlərə başlanılıb.