Şəki Rayon Psixiatriya Xəstəxanasında da bayram tədbiri keçirilib. Xəstəxana kollektivinin iştirak etdiyi tədbirdə çıxış edənlər tibb işçilərini bayam münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirilib ki, illərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır, milli adən-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır, vaxtılə zorla doğma yurd-yuvalarını tərk edən insanlar öz evlərində və isti ocaqlarının başında Novruzu qeyd edirlər. Rəsmi hissədən sonra hədiyyələr paylanıb, bayram süfrəsi açılıb.