Super User
Elza Seyidcahan və Gülnar Qüdrətli "Xəbərin var?" 16.05.2025
Taleh Hüseynov, Burhan & Gülanə və Rüfət Nasosnu ""5 gün" Mikayıl ilə"də 15.05.2024
Elnur Əmrahov, Mehriban, Zülfiyyə Qarabağlı, Ali Pormehr ""5 gün" Mikayıl ilə"də 14.05.2024
Güclü külək və yağışın fəsadları
Davam edən küləkli və yağıntılı hava Şəkidə də fəsadlara yol açıb. Birinci Biləcik kəndində kəndarası yolları yuyub, Oxud kəndində, Baş Göynük kəndində ağaclar aşıb, bir neçə məhəlləyə elektrik enerjisinin verilişində çətinliklər yaranıb. Şəki şəhəri Fətəli Xan Xoyski küçəsində isə evin hasarı aşıb. Hadisə səhər saatlarında baş veridyindən xoşbəxtlikdən xəsarət alan olmayıb. Nəticədə küçədə bir müddət nəqliyyatın hərəkətində çətinlik yaşanıb. Sakinlər qəzalı vəziyyətə düşən hasarın daha ağır fəsadlarla nəticələnəcəyinən narahatdırlar.
Təhsildə yeni hədəflər | Elə çarə 14.05.2024
Oğuzda yük maşını motosikletlə toqquşub
Hadisə Oğuz-Bayan avtomobil yolunda, Bayan kəndi ərazisində qeydə alınıb. 26 yaşlı Elsevər Məmmədlinin idarə etdiyi “Ford” 64 yaşlı Vidadi Qarayevin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə Vidadi Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Qızılgüllər diyarında gül yığımına başlanılıb
Dünya üzrə ümumi illik istehsal olunan 4000-5000 kq civarında qızılgül yağının təqribən 200-220 kq-mı Zaqatalada fəaliyyət göstərən gül emalı müəsisəsində istehsal olunur. Artıq bir neçə gündür ki, qızılgüllər diyarında gül yığımına başlanılıb. Gül plantasiyalarında, çalışan insanlarla yanaşı, yerli və xarici turistlər də gül toplayır, bu fsünkar gözəlliyin fonunda şəkillər çəkdirir. Ötən illərlə müqayisədə müəsisəyə aqro turistlərin, eləcə də ətir istehsalçıları olan xarici turustlərin, rəssam və fotoqrafların da marağı ilbəil artmaqdadır.