Super User
Həkim-cərrah, endokrinoloq Xəqani Həsənov "Həkimcanlı"da 06.05.2022
Tarixi dəmir körpünün bərpaya ehtiyacı var...
Qax rayonunun Kürmük çayı üzərində qurulmuş bu dəmir konstruksiyalı körpü qədimliyi ilə diqqət çəkir. Uzunluğu 93 metr, eni isə 5,55 metr və iki aşırımdan ibarət olan körpünün tikilişində kiçik bir hissədə belə, qaynaq işi aparılmayıb. Yalnız pərçimləmə yolu ilə tikilib. Körpünün salınmasında məqsəd isə rayonun bir sıra kəndlərinin və qonşu Şəki rayonunun Qaxla əlaqəsinin yaradılması olub. Metal konstruksiyalı bu körpü dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata götürülüb və qorunur. Qeyd edək ki, hazırda qismən istifadə olunsa da körpünün bərpasına və asfaltlanma işlərinin aparılmasına ciddi ehtiyac var.
Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub…
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin bölgənin təhsil ictimaiyyətinə təqdim edilməsi münasibətilə mərasim keçirilib. Çıxış edənlər regional təhsil idarələrinin yaradılmasının zəruriliyi və idarələrin qarşısında duran vəzifələr barədə geniş məlumat veriblər. Regional idarənin mərkəzi Şəki şəhəri müəyyən olunub. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, idarənin qarşısında duran prioritet istiqamətləri, vəzifələri, görüləcək işləri diqqətə çatdırıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib. Alekseyevka kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edənlər bildirib ki, regional təhsil idarələrinin yaradılması təhsilalanların və təhsilverənlərin hüquqlarının təmin olunmasında, həyata keçirilməsində səmərəli bir mexanizm, təhlükəsiz və sağlam bir mühit yaradacaq. Təqdimatda regional idarəyə müdir təyin olunan Rüfət Hacıyev üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir təyin olunan Elxan Nəcəfov da Regional Təhsil İdarəsinin kollektivinə təqdim edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışılıb. Elxan Nəcəfov çıxışında qarşıda duran vəzifələrin və öhdəliklərin uğurla icra olunacağına əminliyini ifadə edib.
Şamaxıda da Dağlıq Şirvan Regional Təhsil İdarəsi fəaliyyətə başlayıb. Regional təhsil idarəsinin müdiri təyin olunan Rövşən Əliyevin təqdimatı olub. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb. Rövşən Əliyev üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.