Super User
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibi məlum oldu
Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibləri məlum olub. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən zona yarışında Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ümumtəhsil məktəbləri arasında keçirilmiş rayon birinciliyinin qalibi olan komandalar güclərini sınayıb. Yarış yanğın estafeti, maneələr zolağı və komandaların təqdimatı müsabiqələri üzrə keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda Qəbələ rayon komandası birinci, İsmayıllı rayon komandası ikinci, Qobustan rayon komandası üçüncü yerə layiq görülüb. Sonda yarışda fərqlənmiş komandalar kubok və diplomlarla təltif ediliblər.Birinci yeri tutan komanda iyun ayında keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanıb.
Arıçı fermerlər məhsulunu niyə sata bilmir?
Azərbaycan üzrə istehsal olunan balın təqribən 30 faizə yaxını Zaqatala rayonunun payına düşür. Rayonda 1500-dən çox təsərrüfat üzrə 40 minə yaxın arı ailəsi qeydiyyatdadır. Ötən il rayon üzrə 450 min tona yaxın bal tədarük edilib. Məhsuldarlıq arıçıların üzünü güldürsə də bir çox fermer məhsulun yarıdan çoxunu sata bilməyib. Arıçılar satışda yaşanan bu problemin əsas səbəbini bu gün mağaza və dükanlarda əhaliyə qat-qat ucuz qiymətə təklif edilən, mənşəyi bəlli olmayan ballarla əlaqələndirir. Bal hər nə qədər insan orqanizmi üçün əvəolunmaz və faydalıdırsa saxta və mənşəyi bəlli olmayan bal da bir o qədər zərərlidir. Keyfiyyəti və dadı ilə hər zaman seçilən Azərbycan balı bir brend kimi dünya bazarına ixrac edilsə fermerlərin satışla bağlı üzləşikləri bu problem də birdəfəlik öz həllini tapmış olar. Dünyanın bütün inkişaf etmiş ölkələrində bal dərman məhsulu olmaqla yanaşı, həm də ən vacib ərzaq məhsulu kimi gündəlik qida rasionuna daxildir. Hər gün bir neçə qaşıq bal istifadə etmək orqanizmin immun sistemini yaxşılaşdıdığı üçün bir çox xəstəliklərin baş verməsini də önləyir. Təbii ki, söhbət təbiətdən birbaşa süfələrimizə gələn təmiz baldan gedir.
Sel məktəbə ciddi ziyan vurub...
Şəkinin Göybulaq kəndinə ötən gün yağan yağış səbəbindən sel düşüb. Kənddə ciddi fəsadlar törətməsə də sel kənd məktəbinə ziyan vurub. Belə ki, məktəbin arxa və ön divarı uçub. Ön hissədə uçan divar daşları elektrik dirəyini də yerindən çıxarıb. Elektrik dirəyini hazırda saxlayan tək şey naqillərdir. Əgər güclü külək əsərsə daha böyük faciə baş verə bilər. Məktəbin arxa hissəsində isə aşan divar nəticəsində həyətyanı sahəni lil basıb. Həmçinin məktəbin qazanxanası da seldən çox ciddi ziyan görüb. Qazanxananın divarlarında iri çatlar yaranıb və uçma təhlükəsi ilə üz-üzə qalıb. Qeyd edək ki, məktəbin ümumi binası seldən ziyan görməyib və dərslər davam etdirilir.
Qubanın sərin meşələrində istirahət | Eldən Çölə 9-cu veriliş
Müğənni Aygün Şükürova ilə Saatlıda | Kim var, Kim yox?
Həkim-cərrah, endokrinoloq Xəqani Həsənov "Həkimcanlı"da 13.05.2022
"Kisya ve osya" resepti | Yeməli 13.05.2022
Qışa tədarük | Kəndimiz 64-cü veriliş
Sel suları fəsadlar törətdi...
Artiq 4 gündür ki, Qobustanın Acıdərə kəndinə yağan yağışlar bir sıra çətinliklər yaradıb. Dağlardan gələn sel-suları nəticəsində avtomobil yolu suyun altında qalaraq yarasiz vəziyyətdə düşüb. Sakinlərin rayon mərkəzinə gediş-gəlişi çətinləşib. Yolların palçıq qatıyla örtülməsi avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sakinlər rayon mərkəzinə getmək üçün trkatorlardan istifadə edirlər. Sel-suları sakinlərə məxsus yaşayış evlərinə , fərdi təsərrüfatlara və fermalara da ziyan vurub. Ərazidə torpaq sürüşməsi də baş verib. Sakinlər hər gün davam edən sürüşmənin evlərə doğru hərəkət etdiyini deyir. Qeyd edək ki, bölgədə qeyri sabit hava şəraiti davam edir.
Təbii qazın təzyiqi niyə aşağıdır?
Şəkinin Baş Küngüt kənd sakinləri mavi yanacağının təzyiqinin az olmasından şikayətçidirlər. Kəndə verilən qazın qışda qış normasına, yazda isə yaz normasına uyğun olmadığını iddia edirlər. Xüsusilə də qeyri-sabit hava şəraitinin hökm sürdüyü son günlərdə təbii qazın çox zəif olması səbəbindən sakinlər sinmək üçün elektirik enerjisindən istifadə etməyə məcbur qalıblar. Nəticədə ikiqat ziyana düşüblər. Kənd sakinləri qonşu kəndlərdə bu cür problemin mövcud olmadığını deyirlər. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etdiklərini lakin problemin həll olunmadığını deyirlər. Məsələ ilə bağlı Zaqatala Regional Qaz İstismarı İdarəsindən isə problemlə bağlı araşdırma aparılacağı bildirildi. Qeyd edək ki, Baş Küngüt kəndinə təbii qaz 3-4 il öncə çəkilib. Kənd sakinləri mövcud problemin bu ildən yaşandığını qeyd edirlər.