Super User

Super User

Cümə axşamı, 12 May 2022 20:22

İki mərtəbəli ev külə döndü...

Şəkidə ev yanıb. Hadisə rayonun Zunud kəndində baş verib. Ümumi sahəsi 180 m² olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yanğın zamanı evin içərisində həcmi 50 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cümə axşamı, 12 May 2022 20:17

Motosiklet yük maşınına çırpıldı...

Zaqatalada motosiklet yük maşınına çırpılıb. Hadisə günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. Zaqatala şəhər sakini, 24 yaşlı Anar Musayevin idarə etdiyi motpsiklet eyni istiqamətdə hərəkət edən Yuxarı Tala kənd sakini İsmayıl Ağayevin idarə etdiyi “Ford” markalı yük maşınına arxadan çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Anar Musayev və İsmayıl Ağayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. İsmayıl Ağayevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Anar Musayev isə qarın boşluğuna qan sızması dioqnozu ilə əməliyyata qaldırılıb.Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Cümə axşamı, 12 May 2022 09:41

Toyuqlu borş | Kəndimiz 63-cü veriliş

Cümə axşamı, 12 May 2022 08:16

Meyvə salatı | Yeməli 12.05.2022

Şəkidə Ümumilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə keçirilən futzal üzrə “Şəki kuboku – 2022” turnirinin qalibləri bəlli olub. Şəki Idman kompleksində baş tutan final yarışı gərgin mübarizə şəraitində keçib. Oyunun qalibi Şəki Rayon Polis Şöbəsinin komandası olub. Sonda ilk 3-lüyə çıxan komandalar pul mükafatı, diplom və kubokla mükafatlandırılıb. Xatırladaq ki, aprelin 16-da start verilən turnirdə Şəki şəhərinin müxtəlif idarə və təşkilatlarını təmsil edən 20 komanda 4 qrupda mübarizə aparıb. 

Çərşənbə, 11 May 2022 13:54

California Suşi Roll | Yeməli 11.05.2022

616 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S