İsmayıllıda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Rayonun Hacıhətəmli kənd sakini, 22 yaşlı Ata Əliyev dağlıq ərazidə atasına məxsus otbiçən traktoru idarə edərkən ehtiyatsızlıq edib, traktorun təkərinin qəflətən çökək yerə düşməsi səbəbindən nəqliyyat vasitəsi dərəyə aşıb. Ata Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun yanında olan kənd sakini, 50 yaşlı Əfqan Əhmədov isə aldığı xəsarətlərlə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, Ata Əliyev Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinin 4-cü kurs tələbəsidir. Mayın 29-da keçirilən magistratura imtahanında uğurla iştirak edərək qəbul olunan Ata Əliyev sabah universitetə gedəcəkdi. O, atasına ot biçməyə kömək edərkən hadisə baş verib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.