Super User

Super User

Baş Kəldək kəndi ilə Baş Küngüt kəndini ayıran Küngüt çayın yalnız bir tərəfi tam bəndlənib. Digər tərəfdə isə ancaq 100 metrlik bənd salınıb. Sakinlər çayın məcrasının vaxtaşırı təmizləndiyini deyirlər.  Lakin sel gözlənilmədən gəlsə bu, kənd üçün böyük təhlükəyə səbəb ola bilər. Problemllə bağlı aidİyyatı quurmlara dəfələrlə müraciət etdiklərini deyən kənd sakinləri yarım qalmış bəndin tezliklə yekunlaşdırılmasını istəyirlər. Hətta çay məcrasına yerində baxış  keçirilib və doğurdan da yeni bəndin salınmasına ehtiyac olşduğ aidiyyatı qurum tərəfindən təsdiqlənib. Ancaq bütün bunlar elə kağız üzərində də qalıb. Məsələ ilə bağlı Şəki Suvarma sistemləri idarəsinə müraciət etdik. Qurumdan ərazidə azı 200 metrlik yeni bəndin salınmasının vacibliyi təsdiqləndi. Ancaq bu cür layihəni həyata keçirmək üçün  investisiya ayrılmalı olduğunu deyən qurum rəsmisi, artıq Nazirlər Kabinetinə də müraciətin ünvanlandığını vurğuladı. Vəsaitin ayrılacağı təqdirdə ərazidə dərhal bəndləmə işlərinə start veriləcək.

Təhsil Nazirliyi tərəfindən keçirilən 5-ci qrant müsabiqəsinin qalibi olan Şəki 10 Saylı Tam Orta məktəbində "Məktəb Televiziyası" layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəsmiləri məktəbn kolektivi iştirak edib.  Çıxış edənlər  2021-ci ildə start götürən layihə çərçivəsində görülən işlərdən danışıblar. Bildirilib ki, məktəb televiziyası layihəsi 4 mərhələ və 8 aydan ibarət olub. Bu müddət ərzində televiziya 2 müəllif verlişi və 3 film çəkib. Həmçinin regiondakı tədbirləri işıqlandırıb. Tədbir çərçivəsində məktəb televiziyası tərəfindən çəkilmiş layihələr nümayiş etdirilib. Məktəblilər ədəbi-bədii kampazisiya ilə  çıxış ediblər. Tədbirin sonunda layihənin həyəta keçirilməsində əməyi olanlar mükafatlandırılıb.  

Əvvəllər məhkum olunmuş Şamaxı rayon sakini, 44 yaşlı Şəfayət Hacıyevin öldürülməsi barədə Şamaxı Rayon Prokurorluğuna məlumat daxil olub.  Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən 61 yaşlı Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Hacıyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Yaxınlarının sözlərinə görə, onların arasında dəfələrlə mübahisə yaranıb və Mülkalı Rizvanov  bir neçə dəfə mərhumdan şikayətçi olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib. Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər,  məzunlar və işəgötürən müəssisələr iştirak ediblər. Tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, peşə seçimi və karyera üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin  məzunları öz uğur hekayələrini danışıblar. Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar. Emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib. 

 

614 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S