Şəkidə Ikinci Qarabağ müharibəsinin şəhidi Vasif Həmidovun anım günü qeyd edilib. Şəhidin anım günündə ailəsi, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin qəbri ziyarət edilib, ruhuna dualar oxunub. Vasif Həmidov Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına yazılıb və ön cəbhəyə yollanıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin tapdağından təmizlənməsi üçün mərdlikllə döyüşərkən ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Vasif 7 gün komada qaldıqdan sonra oktyabrın 27-də, 33 yaşında şəhidlik zirvəsinə ucalıb. Şəhid Vasif Həmidov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin 2 övladı yadigar qalıb.