Super User
Ağız sulandıran albalı döyməci | Kəndimiz 81-ci veriliş
Azyaşlının ərə verilməsinin qarşısı alınıb...
Bu həftə sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində azyaşlının zorla ərə verilməsi ilə bağlı iddialar səslənib. Hadisənin araşdıran zaman məlum olub ki, belə bir cəhd olsa da qarşısı alınıb. Belə ki, kənd icra nümayəndəsinin Ayaz Əliyevin verdiyi məlumata görə bu ilin aprel ayında kənd sakini 20 yaşlı Sərvan Rüstəmov həmin kəndin 2 saylı orta məktəbinin 10-cu sinif şagirdi olan 16 yaşlı qıza elçi düşüb. İyunun 4-də baş tutmalı olan nişan mərasimi aidiyyatı orqanların adekvat reaksiyası sayəsində baş tutmayıb.
Qaxda iki ev yanıb…
Yanğın şəhərin Məmmədəli Əmorov kücəsində baş verib. Belə ki, Qax şəhər sakinləri Hacıyeva Nərminə Neymət qızı və onun qonşusu Hacıyev Salam Hacıxan oğluna məxsus bir damın altında bir-birinə bitişik ümumi sahəsi 225kv/m olan evlər içərisindəki əşyaları və yanar konstruksiyaları birlikdə tamamilə yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Şəhid doğum günündə məzarı başında anıldı...
Vətən müharibəsində qəhramancasına şəhid olan Vasif Həmidovun doğum günü qeyd edilib. Məzarı başına toplaşan şəhidin ailəsi və yaxınları Vasif Həmidovun xatirəsini anıblar. Qəbri üstünə gül dəstələri düzüb, dua veriblər. Bildirilib ki, şəhif Vasif Həmidov cənətdəki 2-ci doğum günün keçirir. 35 yaşı tamam olan şəhid Vasif Həmidovun necə vətənpərvər biri olduğu qeyd edilib. Xatırladaq ki, Vasif Həmidov könüllü olaraq cəbhəyə yollanmış və ölümündən sonra göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tarzen, xalq artisti Zamiq Əliyev və Leyla İdrisova "Xeyalə ile axsham sohbeti"nde 28.05.2022
İsmayıllıda BDU-nun tələbəsi faciəvi şəkildə öldü...
İsmayıllıda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Rayonun Hacıhətəmli kənd sakini, 22 yaşlı Ata Əliyev dağlıq ərazidə atasına məxsus otbiçən traktoru idarə edərkən ehtiyatsızlıq edib, traktorun təkərinin qəflətən çökək yerə düşməsi səbəbindən nəqliyyat vasitəsi dərəyə aşıb. Ata Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun yanında olan kənd sakini, 50 yaşlı Əfqan Əhmədov isə aldığı xəsarətlərlə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, Ata Əliyev Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinin 4-cü kurs tələbəsidir. Mayın 29-da keçirilən magistratura imtahanında uğurla iştirak edərək qəbul olunan Ata Əliyev sabah universitetə gedəcəkdi. O, atasına ot biçməyə kömək edərkən hadisə baş verib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.
Peşə təhsilinə maraq niyə azalıb? | Zamanında 06.06.2022
Qarabağ Mətbəxi - Bozartma | Kəndimiz 80-cı veriliş
Turistlərlə dolu avtobus dərəyə aşdı...
Şəkidə turistlərin olduğu avtobus aşıb. Hadisə Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzinə aparan dağlıq ərazidə qeydə alınıb. İçərisində 23 nəfər turistin olduğu İsuzu” markalı avtobus dərəyə uçub. Qəza nəticəsində yaralananlar var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub. Avtobusu idarə edən şəxs Samux rayon sakini 63 yaşlı Eyyar Əhmədov olub. Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir. Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.