Super User

Super User

Bu gün Şəki şəhər Uşaq-Gənclər İnkişaf mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ilk öncə uşaqların Vətən müharibəsinə baxışlarını əks etdirən rəsm əsərlərinin sərgisi olub. Daha sonra tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb. Otuzdan artıq şəhid və qazi övladının iştirak etdiyi bayram tədbirində uşaqları təbrik ediblər. Balacalara xüsusi hədiyyələr və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlıqlarından bəhs edən kitablar verilib. Tədbir Şəkinin gənc istedadlarının ifasında vətənpərvər ruhlu şeirlər, müsiqilər, rəqsləri özündə əks etdirən musiqili proqramla davam edib.

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan stolüstü turnir keçirilib. Tədbir Şəki məktəbliləri, şəhid ailələri, şəhər ictimaiyyəti iştirak edib. İştirakçılar ilk öncə şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə güllər düzüblər. Ardından rəsmi hissədə çıxış edənlər Vətən müharibəsində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, onların həyatının gənclərə örnək olduğunu bildiriblər. Turnirdə 13 yaş qrupu üzrə 100-ə yaxın idmançı qüvvələrini sınayıb. Gərgin keçən qarşılaşmalarda qalib gələrək fəxri yerləri tutanlar xatirə medalları və diplomlarla təltif olunublar. Qaliblərə hədiyyələrini şəhid anaları təqdim ediblər.  

Çərşənbə, 01 İyun 2022 18:35

Məktəblilər uşaqlar gününü qeyd edib...

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Şəki şəhər 8 saylı tam orta məktəbində tədbir keçirilib. Tədbir Azərbaycan himninin səslənməsi ilə açılıb. Tədbirdə məktəb rəhbərliyi və uşaqların valideynləri iştirak ediblər. Çıxış edənlər 1 iyun barəsində məlumat veriblər. Bildirilib ki, uşaqlar bizim gələcəyimizdir və onları daim qoruyub dəstək olmaq lazımdır. Daha sonra məktəblilər səynəyə çıxıb,  mahnılar ifa edib, şeirlər söyləyiblər, rəqs və səhnəciklərlə çıxış ediblər.

Festivalda Qəbələ rayonundan olan öncül şirkət və sahibkarlar iştirak edərək öz məhsullarını sərgiləyiblər. Qəbələ şəhərinin Çuxur-Qəbələ kəndində 26 hektar ərazidə salınmış və artıq 2021 ci ildən ilk dəfə sınaqdan keçirilən və böyük marağa səbəb olan festival Lavanda turizminin ölkə daxilində və xaricində potensialını daha geniş kütlələrə çatdırmaq və bu məzmunun digər şəhər və kəndlərə də nümunə ola biləcəyini göstərmək məqsədi daşıyır. Festival iyunun 30-dək davam edəcək. Festivalın şəhərin hazırkı turizm potensialının daha da artmasına və ümumən regionda turizmin geniş sektorlarından olan lavanda turizminin yaranmasına öz töhvəsini verəcəyi düüşünülür. “Qəbələ Lavanda Festivalı“ nın ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.

Çərşənbə, 01 İyun 2022 10:57

Şabalıdlı can əti resepti | Yeməli 01.06.2022

Çərşənbə axşamı, 31 May 2022 21:08

“YAŞAT” idman düşərgəsi yekunlaşıb...

Qəbələdə təşkil olunan “YAŞAT” idman düşərgəsi yekunlaşıb. Düşərgə “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşib. layihə bu dəfə regionlarda – Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidə yaşayan, idmana marağı olan şəhid övladlarını əhatə edib. 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, stolüstü tennis, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb ediliblər. Eyni zamanda, onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Proqrama uyğun olaraq, Qəbələnin görməli yerlərinə ekskursiya və əyləncə proqramları da təşkil olunub. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etmək, idmana marağı artırmaqdır. 

544 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S