Super User
Pediatr Fatimə Qafarova "Həkimcanlı"da 30.04.2022
Qizil baliq bowl | Yemeli 10.03.2022
Taxıl sahələri quraqlıq səbəbindən məhv olur…
Kənd sakinləri aidiyyatı quruma dəfələrlə müraciət etdiklərini, ancaq heç bir nəticə əldə edə bilmədiklərini deyirlər. Belə ki, fermerlər hər müraciətdən sonra sahələrinin yalnız bir-iki saatlıq su ilə təmin olunduğunu iddia edirlər. Çarəsiz qalan fermerlə qonşu kəndlərə verilən sudan istifadə etməyə çalışıblar. Bunun üçün hətta dəfələrlə digər kənd sakinləri ilə mübahisələrinin yarandığını bildirirlər. Məsələ ilə bağlı Şəki Suvarma sistemləri idarəsinə müraciət etdik. Qurum rəsmisinin məsələ ilə bağlı açıqlaması isə belə oldu. Onu da qeyd edək ki, Şəki DAİM-dən verilən məlumata görə ötən il rayonda 121 min 243 ton buğda və 77 min 475 ton arpa istehsal olunub. Ancaq bu il yaşanan quraqlı səbəbindən məhsuldarlığın aşağı olacağı ehtimal edilir.
“Tullantısız Dünya”
Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində daha bir layihəyə start verilib. Qlobal proqram ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə icra olunur. “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək. “Tullantısız Dünya” proqramı çərçivəsində ekoloji rəy sorğuları keçiriləcək. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyatı qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən bu layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır. Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı, məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq. Tədbirdə könüllülərin təqdimatında məktəblilər üçün maarifləndirici "Tıq-tıq xanım" eko tamaşası nümayiş etdirilib və Mədəniyyət carçılarının musiqi nömrələri ifa olunub.
#KanalS #TullantısızDünya #Şamaxı
Nic qəsəbəsində yeni məktəb tikilir…
Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nicdə yeni ümumtəhsil ocağının tikintisinə start verilib. Qəsəbədə 4 nömrəli tam orta məktəb üçün iki mərtəbəli, 360 şagird yerlik yeni binanın tikintisi hazırda davam edir. Müasir standartlara cavab verən yeni məktəbin inşası təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.