Super User
Xəyalə bu dəfə Rəqqas İlham Rəhimlinin qonağıdır | Xəyalə ilə Sizdəyik 04.06.2023
Güclü külək fəsad törətdi
Şəkidə həftəsonu müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Aşağı Küngüt kəndində iki irigövdəli qoz ağacı kökündən çıxaraq aşıb. Güclü küləyə tab gətirməyən ağacların kənd məscidinin həyətinə aşması səbəbindən məscidin həyətyanı sahəsindəki divara və dəmir məhəccərə ziyan dəyib.
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər
5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Qax rayon Suvarma Sistemələri İdarəsi tərəfindən tədbir keçirilib. Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksinin hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirildiyini bildiriblər. Çıxışlarda su təsərrüfatı və meliorasiya işçilərinin bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə olunub, qarşıda duran vəzifələrdən danışılıb. #kanals#xeber
Məktəblilər arasında debat forumu keçirilib
Şəki şəhər Kimya- Biologiya təmayüllü liseydə Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə debat yarışı keçirilib. Forumda Şəki şəhər məktəblərindən olan 52 komanda yarışıb. Finala \"Şeytanlar oyunda\" və \"Eniqma\" komandaları çıxıb. \"Şeytanlar oyunda\" komandası isə forumun qalibi olub. Sonda komandalar kubok və medallarla təltif olunublar. Ardınca oyunda fəallığı ilə seçilən 10 ən yaxşı natiq seçilib, ən yaxşı 3 natiqə medallar verilib. Yer tutmayan komandalar isə \"İştirakçı\" sertifikatıları ilə təltif olunublar.
Axşam saatlarında qeybə çəkilən marşrutlar
Günün pik saatlarında yaşanan avtobus problemi sərnişinlərin yollarda qalması və ya avtobus qiymətindən 3-4 qat baha taksi xidmətindən istifadə etməsinə gətirib çıxarır. Sürücülərsə vaxt intervalını tam ödədiklərini və onlara verilən saatlarda işlədiklərini bildirirlər. Ancaq bu vaxt məsələsi də, həftənin günlərinə uğun olaraq insan sıxlığına görə dəyişir. Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, regional idarələr tərəfindən tənzimləmə işlərinə başlanılıb və daşıyıcılara balanslarında olan avtobusların hərəkətini yay mövsümünün tələblərinə uyğun tənzimləmək tapşırığı verilib. Belə görünür, Şəkidəki avtobuslar hələ qışdan çıxmayıblar. Digər tərəfdən, qış olsa belə, göstərilən saat insanların iş saatları ilə üst-üstə düşmür. Nəticədə axşam işdən yorğun çıxan insanlar onsuz da kondisionersiz, darısqal, müasir tələblərin heç birinə cavab verməyən marşrut avtobuslarının bir də olmaması problemini yaşayırlar. Ümid edirik, problemin köklü həlli istiqamətində addım atılar.
Mediasiya | Zamanında 05.06.2023
İdmançılar arasında yoldaşlıq görüşü keçirilib…
Taekvado idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Yarışa Şəki, Ağdaş və Qəbələ rayonlarından 5-15 yaş kateqoriyaları arasında qızlar və oğlanlardan ibarət 50 nəfər idmançı iştirak edib. Yoldaşlıq birinciliyində qalib olanlar region birinciliyində iştirak etmək üçün vəsiqə qazanıblar. Sonda yer tutan idmançılar fəxri fərman, diplom, kubok və medallarla təltif ediliblər.
Yük avtomobili minik maşınının üzərinə aşdı
İsmayıllıda \"Mersedes\" markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb. Hadisə Muğanllı-İsmayıllı- yolunun 6 km-də qeydə alınıb. Göycay rayon sakini , 61 yaşlı Nazim Veysəlov Avtomobil Yolları Dövlət Agentliyinə məxsus \"Mersedes\" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə yük maşını yolun kənarında dayanan \"VAZ 2107\" markalı avtomobilin üzərinə aşıb. Qəza zamanı \"Mersedes\"in sürücüsü Nazim Veysəlov və onun sərnişini 47 yaşlı Bakı şəhər sakini Vüqar İsmayılov xəsarət alıb və Şamaxı rayon mərkəzi xəstəxanasına aparılıblar. Xoşbəxtlikdən yolun kənarında dayanan \"VAZ 2107\" markalı avtobilin içərisində heçkim olmayıb. Fakta bağlı araşdırma aparılır.
Sel və daşqın təhlükəsi davam edir
Arxada qoyduğumuz həftə havaların qeyri sabit keçməsi, intensiv yağışlar səbəbindən bir çox yerlər sel təhlükəsi yaşanması ilə yadda qaldı. Göyçayda, Göygöldə, Biləsuvarda ciddi təbii fəlaətlər yaşandı. Nəticədə Göyçayda və Göygöldə 4 nəfər təbiətin şıltaqlığının qurbanı oldu, Biləsuvarın 3 kəndi isə təhlükəsizlik səbəbi ilə evakuasiya olundu. FHN və ETSN qeyri sabit havanın qarşıdakı günlərdə də davam edəcəyi və bir sıra yerlərdə sel, daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib. “Davam edən intensiv yağışlar səbəbindən bir çox çaylarda gursululuq artıb. Hazırda biz Böyük Qafqazın dağ çaylarından biri olan Şəki şəhərinin şimal şərqində yerləşən Kiş çayındayıq. Ölkənin ən dağıdıcı çaylarından olan Kiş çayında sululuğun artmasını vizual olaraq görmək mümkündür. Bu isə ətraf ərazilərdə yaşayan sakinlər və çay ətraflarında dincəlmək istəyənlər üçün real təhlükə yaradır”. FHN və ETSN xüsusən çaylarda ciddi sel təhlükəsi olması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, xüsusən Böyük və Kiçik Qafqazın ətəklərində yerləşən Şəki, Qəbələ, Quba, Qusar, Göygöl və digər rayonların ərazisindən keçən dağ çaylarında, potensial sel təhlükəsi gözlənilir. Ancaq bütün bu xəbərdarlıqlara baxmayaraq yeni başlayan turizm mövsümi ilə əlaqədar bölgələrə istirahət məqsədi ilə yollananların bu xəbərdarlıqlardan ya xəbəri yoxdur, ya da əhəmiyyət vermirlər. Milli hidrometeorologiya xidməti xüsusilə də son bir neçə gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyini proqnozlaşdırır. Fövqəladə Hallar Nazirliyi isə əhaliyə bir daha müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Azərbaycanda ilk dəfə Hava Şarı Festivalı
Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalı keçiriləcək. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən bu möhtəşəm festival iyunun 17-18-də Şamaxıda baş tutacaq. Şamaxı şəhərində baş tutacaq tədbirin ilk günü - iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı keçiriləcək. Hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq. İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər. Qeyd edək ki, hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir. Ənənəvi keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.