Şəkinin Qoxmuq kəndində də yerləşən 114 saylı seçki dairəsinin 32 saylı seçki məntəqəsində səhər saatlarından insan axını müşahidə edilib. Məntəqə sədrinin verdiyi məlumata əsasən, ümumilkdə 1445 nəfər səs vermək üçün qeydiyyatdan keçib. Həmçinin Qoxmuqda 33 saylı seçki məntəqəsində dəsəsvermə prosesi seçicilərin fəallığı ilə davam edir. Qoxmuq kəndində 100 yaşı olan kənd sakini Sədiqə Məmmədova da seçki hüququndan istifadə edib. 100 yaşlı seçici səhhəti səbəbindən seçki məntəqəsinə gedə bilmədiyi üçün seçki məntəqəsinin əməkdaşları seçki qutusu ilə onun yaşadığı ünvana yollanıb. Sədiqə Məmmədova yaşadığı evdə səs verib. Onu da qeyd edək ki, Şəki rayonu üzrə 123 175 seçinin seçkilərdə iştirakı gözlənilir. Seçki məntəqələrində ümumilikdə 29 vebkamera quraşdırılıb. İndiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb.