Əsasən azsaylı xalqların yaşadığı Zaqatala və Balakən rayonlarında da seçki məntəqələrinin açıldığı ilk dəqiqələrdən başlayaraq yüksək aktivlik müşahidə olunur. Yaşından asılı olmayaraq, sakinlər seçki məntəqələrinə üz tutur, seçdikləri namizədə səs verirlər. Qeyd edək ki, 112 saylı Zaqatala DSK-üzrə 50 min 187 nəfər seçici qeydə alınıb. Onlardan - 680 nəfəri ilk dəfə səs verən gənclər, 796 nəfəri isə 80-100 yaş arası seçicilərdir. 111 saylı Zaqatala –Balakən DSK üzrə 51 min 167 nəfər seçici qeydə alınıb. Onlardan 38- min 70 –nəfəri Zaqatala, 13 min 116 nəfəri isə Balakən seçki məntəqələrini əhatə edir. Balakən rayonunu əhatə edən 110 saylı DSK da isə 44 seçki məntəqəsi üzrə 48 min 990 nəfər seçici qeydə alınıb.