Super User
Yüksək nəticə göstərən tələbə və şagirdlərlə görüş keçirilib
Şəkidə 2022-2023-cü ilin yekunlarına əsasən rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlar və respublika fənn olimpiadası, müsabiqəsi və digər yarışların qalib olmuş şagirdlərlə görüş keçirilib. Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı, Şəki-Zaqatal Regional Təhsil İdarəsinin müdiri, təhsil işçiləri, qazilər iştirak edib. Çıxış edənlər yüksək nəticə göstərmiş tələbə və şagirdləri təbrik edib, daha da böyük uğurlar arzulayıb. Daha sonra yüksək bal toplamış məzunlar və təhsil aldığı məktəbdə uğurlar ilə fərqlənmiş şagirdlər təltif ediliblər. Tədbir bədii hissə ilə davam edib.
Leysan yağışları şimal-qərb bölcəsində fəsadlar törədib
Gecə saatlarında başlayan leysan yağışlar şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində həm şəhərlərdə həm də kəndlərdə infrostruktura, kənd təsərrüfatına və bir sıra diğər sahələrə ciddi ziyanlıq dəyib.
Balakəndə güclü külək səbəbindən Heydər Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Şəhər ərazisində iki yerdə iri gövdəli ağac aşıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. Eyni zamanda təbii fəlakət nəticəsində Katex kəndinin Kombinat yaşayış massivi ərazisində bir-çox fərdi yaşayış evlərinin dam örtüyü yarasız hala düşüb. Meyvə ağaclarına, bostan-tərəvəzlərinə ciddi ziyan dəyib. Əraziyə adiyyatı qurumların nümayəndələri cəlb edilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Təbii fəlakət Zaqatalada da bir sıra fəsadlar törədib. Şəhərlə yanaşı rayonun Yuxarı Tala, Car, Mazıx və Qəbizdərə kəndlərinə də ziyanlıq dəyib. Mazıx və Qəbizdərə kəndlərinə isə yumurta iriliyində dolu yağıb. Nəticədə dolu evlərin dam örtüyünü yararsız hala salıb. Eyni zamanda bir neçə avtomobilə də ziyan dəyib. Meyvə və fındıq ağcları da ciddi ziyan görüb. Şəkidə isə çay daşıb.
Şəkin Baş Göynük kəndi ərazisindən keçən Şin çayında suyun səviyyəsi artıb, çaydan sel keçib. Nəticədə kəndin girişindəki körpünün bir hissəsi sel sularının altında qalıb. Ancaq sel körpüyə ziyan vurmayıb. Eyni zamanda çayın yaxınlığında yerləşən əkin sahələrini də sel suları yararsız vəziyyətə salıb. Əkin sahələri lil, palçıq qatı ilə örtülüb.
Yağış Qəbələ və ətraf kəndlərdə də bir sıra fəsadlar törədib. Rayonun mərkəzində mağaza, eləcədə bəzi anbar kimi istifadə olunan zirzəmiləri su basıb. Mərkəzi bazar adlanan hissədə quraşdırılmış yeraltı keçid də yağışdan nəsibini alıb. Belə ki, sel nəticəsində yeraltı keçid tamamilə su ilə dolub. FHN-nin Şimal Qərb Regional Mərkəzinin qüvvələri tərəfindən sel suları xüsusi qurğular vasiəsi ilə sovrularaq keçid boşaldılıb. Bununla yanaşı rayonun Zarağan, Daşca, Abrığ, Mıxlı qovaq,Tikanlı, Uludaş eləcədə Mirzəbəyli kəndlərində şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Dolu bəzi evləri və dam örtüklərini də yararsız hala salıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması işləri aparılmaqdadır.
İsmayıllı da təbii fəlakətin qurbanına çevrilib. Dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artıb. İsmayıllı–Lahıc yolunun Girdiman çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Körpünün dayaqları zədələnib, insanlar körpünün dağılma təhlükəsində narahatdı. Sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu müvəqqəti bağlanıb. Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz edib, həmçinin, bəzi yerlərdə asfalt qatı yuyulub. Sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, həmçinin naqillər qəzalı vəziyyətə düşüb. Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib. Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.
Qeyd edək ki, Sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Dağda narkotik əməliyyatı
Balakəndə Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib. Çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.Ucqar dağlıq ərazidə yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin, 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası ələ keçirilib. Əməliyyatlar zamanı törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompyuterləri oğurlayan İzzət Məsiyev də saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Güclü külək ciddi fəsadlar törətdi
Gecə saatlarında əsən güclü külək Şəkinin 104-cü kvartal massivində ciddi fəsadlar törədib. Belə ki, 10-a yaxın evin damı, bir neçə sakinin divarı uçub. Güclü külək bir evin damını təxminən 200-300 metr aralıdakı əraziyə, bəzilrəini isə digər evlərin damının üzərinə, həyətlərinə tullayıb. Telefon xətlərinə, işıq dirəklərinə ziyanlıq dəyib, ağaclar qırılıb. Əraziyə aidiyyəti orqanların əməkdaşları tərəfindən baxış keçirilib, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
“Sığorta Festivalı” keçirilib
Zaqatalada “Sığorta Festivalı” keçirilib. “Həyat sığorta ilə rahat” devizi altında keçirilən festivalda əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Coşqulu və rəngli atmosfer yaradan enerji dolu musiqilər insanlara əsl festival ab-havası yaşadıb.
“Vətən fədailəri: Şəki şəhidləri” kitabının təqdimatı keçirilib
Şəkidə Manya Səxavətqızının müəllifi olduğu “Vətən fədailəri: Şəki şəhidləri” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şəhid ailələri, şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə Prezident İlham Əliyevin 44 günlük müharibədə qələbəmizə həsr olunmuş çıxışı nümayiş etdirilib. Daha sonra çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, onların Qarabağın işğaldan azad olunması yolunda göstərdikləri şücaətlərdən bəhs ediblər. Təqdim olunan kitabın şəhidlərin qısa və mənalı həyat yoluna işıq saldığı, həmçinin gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyəti vurğulanıb.
Sel evi yararsız vəziyyətə saldı
Bir neçə gün əvvəl Şəkiyə yağan şiddətli yağışlar Aydınbulaq kəndində də bir sıra fəsadlar törədib. Kənddə güclü seldən zərər görən evlərdən biri də İsmayıl Hacıağalıya məxsusdur. Evə dolan sel suları onu yaşamaq üçün yararsız hala salıb. Həmçinin ailəninin 100-ə yaxın toyuq-cücəsi də tələf olub. Onlar aidiyyəti qurumlardan kömək istəyirlər.
\"Azərbaycan dili və Ədəbiyyatı Forumu\"
Şamaxının gələcəkdə ədiblər yurdu kimi UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunacaq. Milli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda çıxış edən mədəniyyət naziri Adil Kərimli forumun açılışının Şamaxıda keçirilməsinin təsadüfü olmadığını bildirib. Forumdan əsas gözləntilərə toxunan nazir bu sahədə problemləri müzakirə etmək və bu problemləri gələcəkdə dövlət strategiyasında nəzərə alınacağını deyib. Yazıçılar birliyinin üzvü Sabir Rüstəmxanlı dilçilik sahəsindəki problemlərin müzakirəsi üçün forumun böyük əhəmiyyət daşıdığını bildirib. Bundan əlavə Azərbaycan dili və ədəbiyyatı forumunun davamı olaraq növbəti mərhələdə rəssamlıq və musiqi forumunun da keçirilməsi nəzərdə tutulub. Forumda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycandan kənarda yaşayanların ana dilində təhsillə bağlı problemlərdən də danışıb. Bildirib ki, xaricdəki soydaşlarımızın ana dilində təhsillə bağlı çətinlik çəkməsi nəzərə alınaraq bu tədris ilindən başlayaraq onlar üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri”, “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusunda panel iclasları ilə davam edib. Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam etdirəcək. Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.
“Sığorta Festivalı” keçirilib
Şəkidə “Sığorta Festivalı” keçirilib. “Həyat sığorta ilə rahat” devizi altında keçirilən festivalda ölkənin aparıcı sığorta şirkətləri iştirak ediblər. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Tədbirin gedişində iştirakçılar yerində sığorta xidmətləri əldə edə biliblər. Festivalın növbəti tədbiri 1 sentyabr tarixində Zaqatalada baş tutacaq.
Dağlıq ərazidə itkin düşən alimlər tapıldı
Ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər Elnur Nəciyev və Emil Cəbrayılov tapılıb. Onlar İsmayıllıya, Şahdağ Milli Parkı ərazisinə gətirilib. Halsız olan hər iki şəxs həkim müayinəsindən keçdikdən sonra ailələrinə təhvil verilib. Onların ümumilikdə 5 gün dağlıq ərazidə olduqları müəyyən edilib. Hər iki səxs Quba rayonundan dağlıq kəndindən yola çıxaraq bir neçə yüksəklik qət etdikdən sonra İsmayıllı Çay qovuşan kəndi istiqamətində çarəsiz qaldıqları məlum olub.