Şəki şəhər 11 saylı tam orta məktəbin binasındakı 60 saylı seçki məntəqəsində səsvermə prosesinə müşahidəçilərin iştirakı ilə start verilib. Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər.
Səhər saatlarından start götürən prezident seçkiləri Şəkidə 7 saylı orta məktəbdə yerləşən 9 saylı seçki məntəqəsində də elə ilk dəqiqələrdən böyük izdihamla müşahidə edilib. Seçki prosesinin başlamasından öncə bütün lazımı tədbirlər görülüb. Eyni zamanda məntəqədə veb kamera da quraşdırılıb. Məntəqədən bildirilib ki, 4 nəfər daşınan qutu vasitəsi ilə səs verəcək. Gün ərzində məntəqə əməkdaşları həmin ünvanlara baş çəkərək seçicilərin seçki hüququnu təmin edəcəklər.
Çərşənbə, 07 Fevral 2024 07:50