Super User
Qış turizmi: İmkanlar və perspektiv...
Azərbaycanda dekabrın 15-dən qış turizmi mövsümünə start verilib. Hər ilin bu ayları havaların soyuması, eləcə də yeni ilin yaxınlaşması səbəbindən müxtəlif bölgələrə səfər edənlərin sayı artır. Qış mövsümündə ölkəmizdəki yerli və xarici vətəndaşlar daha çox Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Lerik, Lənkəran kimi bölgələrdə istirahət etməyə üstünlük verirlər. Ekspertlər deyirlər ki, hazırda elə bu səbəbdən də müxtəlif rayonlardakı Turizm Mərkəzlərində doluluq pik həddədir. Mövcud vəziyyət təbii olaraq qiymətlərə də təsirsiz ötüşmür. Belə ki, tələbin artması təkliflər kimi qiymətlərin də sayını artırır. Həmçinin ölkə daxilindəki bölgələrə edilən səyahətlərin çox olmasının bir digər səbəbi isə quru sərhədlərinə qoyulan məhdudiyyətlərdir. Azərbaycana turistlər daha çox Rusiya, Türkiyə və İran kimi qonşu ölkələrdən gəlirlər. Həmçinin Ərəb ölkələrindən gələn turistlərin sayı da az deyil. Yaxın illərdə isə turizm komplekslərinin sayının əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir. Belə ki, ərazilərimizin işğaldan azad olunması ölkənin turizm potensialına müsbət təsir göstərib. Bu isə Azərbaycana səyahət edən turistlərin sayı ilə yanaşı ölkəyə gələn gəlirlərin artmasına da təsir göstərəcək. Qarabağın relyefi bu ərazilərdə fərqli və maraqlı turizm komplekslərinin tikilib istifadəyə verilməsinə uyğundur. Bu, həm ölkəyə çoxsaylı turist axınına, həm də turizm imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq. Həmçinin qeyd edək ki, araşdırmalara görə, ölkəmizə ötən ilin dekabr ayı ərzində gələn xarici turistlərin sayı 143 814 nəfərdir. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 % çoxdur.
“Zaqatala” qəzetinin 100 illik yubileyi qeyd olunub...
Azərbaycanda ilk mətbuat orqanlardan biri olan “Zaqatala” qəzetinin 100 illik yubileyi qeyd olunub. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, eləcə də media mənsublarının iştirak etdiyi tədbirdən öncə iştirakçılar qəzetin 100 ildə keçdiyi şərəfli yolu əks etdirən sərgi ilə tanış olublar. Çıxışlarda 1923-c ilin mart ayında fəaliyyəətə başlayan qəzetin o illərdə ölkədə ana dilində çap olunan cəmi 23 qəzetdən biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 1923-1962-ci illərdə “Zaqatala kəndçisi”, “Kolxozun səsi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu uğrunda”, 1962-ci ildən 1991-ci ilədək “Qırmızı bayraq” və nəhayət 1991-ci ildən bu günümüzədək “Zaqatala” adları altında fəaliyyət göstərən qəzet, 100 il ərzində 4 dəfə əlifba, 3 dəfə isə çap texnologiyalarının dəyişikliyi zamanı meydana çıxan çətinlikləri aşmalı olub. Sonda kollektiv 100 illik yubiley münasibəti ilə Rayon icra hakimiyyyətinin tərəfindən fəxri fərmanla təltif edilib.
Mina Hüseyn: Sosial şəbəkələrdən yoldaşıma görə uzaqlaşdım | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
2024-cü ildə bürcləri nələr gözləyir? | Elə Çarə 20.12.2023
Qobustanda 5 qumbara aşkar edilib...
Torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 fakt aşkar edilib...
Şamaxıda torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı maarifləndirici zona müşavirəsi keçirilib. Əvvəlcə Əmlak Məsələləri Dövlət Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Şamaxı, Ağsu və Qobustan rayonlarının bələdiyyələri tərəfindən qaldırılmış məsələləri yerində araşdıraraq onların həlli istiqamətində təklif və tövsiyələrini verib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar. Çıxış edənlər bildirib ki, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə 332073 ha torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Aparılan kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, 75 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Qeyd edilib ki, aparılan monitorinqlərin, təhlili göstərir ki, bir sıra hallarda torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla əkin dövriyyəsindən çıxarılır. Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 11 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsinin, bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Şuşa fatehi Asəf Ağayevin xatirəsi anılıb...
Şuşa fatehi Asəf Ağayev ölümünün üçüncü ildönümündə anılıb. Şəhidin anım mərasiminə toplaşanlar əvvəlcə onun məzarını ziyarət edib, dualar oxuyublar. Şəhidin döyüş yoldaşları, qohumları və ailə üzvləri , eləcə də şəhid ailələri Vətən oğullarının keçdiyi şərəfli yoldan danışıb, xatirələrini bölüşüblər. Asəf Ağayev 1993-cü ilin noyabr ayının 24-də Qax rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi sahədə təhsilini davam etdirib. Ali hərbi məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb. Vətən müharibəsində ilk gündən iştirak edən Asəf Xocalı,Füzuli,Qubadlı ,Cəbrayıl və Şuşa şəhərlərinin azad olunmasında igidlik göstərib. Şuşa şəhərini düşmənlərdən təmizləyən və Şuşaya ilk ayaq basan insanlardan olan qəhrəmanı ailəsi qürurla anır. Qeyd edək ki, Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək həlak olub. O, Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
"LƏZZƏT" silsiləsindən Qırmızı istiotun tərkibi... | Elə çarə 19.12.2023
Rahidə Baxışova: Artıq tək gəzirəm, özümlə gəzməyi sevirəm | Kim var, Kim yox? 19.12.2023
Şəkili şahmatçıların növbəti uğuru...
Şəki Uşaq Gənclər İdman-Şahmat məktəbinin yetirmələri növbəti uğura imza atıblar. Bakıda şahmat üzrə müxtəlif yaş qrupları arasında keçirilən Respublika birinciliyində iki şəkili şahmatçı 6 yaşlı Ayla Mustafayeva və 16 yaşlı İslam Hacəliyev respublika çempionu olub. Xatırladaq ki, Ayla Mustafayeva keçən il Albaniyanın Durres şəhərində Avropa çempionatında da uğurla çıxış edib. İslam Hacəliyev isə 2022-ci ildə Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında beynəlxalq reytinqinə 155 xal əlavə edə bilib. Bu yarışda o, 7 oyunda 7 xal toplayaraq rekorda da imza atıb. Onu da qeyd edək ki, respublika turnirində fəxri kürsünü tutmaqla hər iki şahmatçı dünya çepionatına vəsiqə qazanıb. Şəki UGİŞM-in baş məşqçisi yetirmələrinin daha da böyük nailiyyətlər əldə edəcəyinə əmindir.