Super User
Zaqatalada aqroturizm təsərrüfatlarına mediatur təşkil olunub...
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Zaqatalada aqroturizm təsərrüflarına mediatur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri istirahət məkanı və arıçılıq təsərrüfatında göstərilən xidmətlərlə yaxından tanış oublar.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində bugünədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.
Yoğun bağırsaq xərçənginin başlanğıc dövrü nəzərə çarpmır - Dr.Emin Bayramov | Həkimcanlı 23.12.2023
Saçlarınız vaxtından tez ağarır, çox tökülür? - Endokrinoloq Aytən Babaxanova Həkimcanlı 23.12.2023
Peşə təhsilinə dair regional konfrans keçirilib...
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans” keçirilib. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ, İsmayıllı, Oğuz və Şəki Peşə Təhsil mərkəzlərinin rəsmiləri, peşə təhsil mərkəzlərinin tərəfdaş olduğu işəgötürən müəssisələr, eyni zamanda 110-dək sahibkar iştirak edib. Konfrans məzunlar, işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunmuş əmək yarmarkası ilə başlanıb. Ardınca İştirakçıların Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün infotur həyata keçirilib. Sonra tədbirdə çıxış edənlər peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair fikirlərini bölüşüblər. Konfransın əsas məqsədinə isə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatıdır.
Futzal üzrə xatirə turnirinin qalibləri müəyyənləşib...
“Heydər Əliyev İli” çərçivəsində Qəbələdə keçirilən futzal üzrə xatirə turniri başa çatıb. Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 16 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən, FHN-in Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası turnirin qalibi adını qazanıb. Rayon polis şöbəsinin və Qəbələ Beynəlxalq Hava Limanının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalara, hakimlər heyətinə və turnirdə fərqlənən oyunçulara kubok və diplomlar təqdim edilib.
Çıxış Yolu 19.12.2023
Eşitməyən qalmasın 21.12.2023
İsmayıllıda oğul atasını bıçaqladı...
Rayon sakini 53 yaşlı Sübhan Dadaşov bıçaqlanıb. Onun 29 yaşlı oğlu Emin Maarifli tərəfindən ailə-məişət zəminində yaşanan mübahisə zamanı bıçaqlandığı bildirilir. Sübhan Dadaşov xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Emin Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.
Elgiz Əkbər - Sevda qalmaqalına canlı yayımda açıqlama! | Xəbərin var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Sevda: Səviyyəsiz, mənasız insanlar efirə dəvət alır... | Xəbərin var? 21.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.