Super User
Keçmiş məhkumdan 3 kiloqramdan artıq marixuana götürülüb
Zaqatalada keçmiş məhkumdan 3 kiloqramdan artıq marixuana götürülüb. Keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaqatala şəhər sakini Rafael Heydərov saxlanılıb. Axtarış zamanı onun üzərində daşıdığı kisədən 3 kiloqramdan artıq marixuana aşkar edilib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Güləş üzrə Respublika turniri keçirilir
Qax Olimpiya İdman Komleksində UlU Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Yunan –Roma güləşi ,sərbəst güləş və Qadın güləşi üzrə Respublika turniri keçirilib. İki gün davam edəcək turnirdə respublikanın şəhər və rayonlarından 30-dan çox komanda və ümumilikdə 450 dən cox idmançı iştirak edir. Sonda qalib idmançılar diplom və kuboklarala mükafatlandırılacaqlar.
Ana və azyaşlı övladları ağır yanıq xəsarətləri aldı
Şəkinin Aşağı Göynük kəndində fərdi yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində evdə olan 3 nəfər - 24 yaşlı Şəlalə Yusifova və övladları, 3 yaşlı Əsli Soltanlı, 1 yaşlı Məmməd Soltanlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım olunduqdan sonra vəziyyətləri ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Leysan yağışları fəsadlar törətdi…
Gecə saatlarında yağan leysan yağışları Şəkidə bir sıra fəsadlar törədib. Kiş çayında suyun səviyyəsinin artması səbəbindən Kiş kəndi ilə istirahət mərkəzlərini birləşdirən kiçik körpünü su yuyub aparıb. Sel suları Qudula kəndi ilə Qaradağlı kəndini birləşdirən körpünü də yuyub, 10-dan artıq təsərrüfatı su basıb. Baş Göynük və Baş Zəyziddə kəndarası yol, 3 çay üzərindəki keçid də yararsız vəziyyətə düşüb. Bundan başqa, Baş Göynük kəndini Baş Şabalıd kəndi ilə birləşdirən körpü də qəzalı vəziyyətə düşüb, kəndlərarası əlaqə kəsilib...Yeri gəlmişkən, qeyri-sabit və yağıntılı hava nəticəsində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.
“ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib…
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrləri, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən bəhs edilib. Ardınca ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq. Tədbir çərçivəsində Mərkəzin birinci mərtəbəsində yerləşən və “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran, yay üçün açıq terras təşkil olunacaq. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.
Bu il taxıl zəmilərində məhsulun az olacağı gözlənilir…
Şəki rayonunda bu il 65 min hektara yaxın sahədə taxıl əkilib ki, onun da 33 min. hektarı buğda sahəsidir. Bu sahələrin yalnız 16 min hektarı şərti suvarılan torpaqlar, qalanı isə dəmyə torpaqlardır və yalnız yağış suyu ilə qidalanır. Ancaq bir neçə ildir ki, şəkili fermerlər iqlim dəyişikliyindən əziyyət çəkir. Yol boyu uzanan taxıl sahələri boz çöllərə oxşayır. İndi taxıl zəmisi dalğalanmalı olan bu sahələrdə normal sünbül tapmaq belə möcüzədir. O ki qaldı sahələrdə texnika çatışmazlığına. DAİM-dən həmçinin hazırda sahələrdə 116 kombaynın işlədiyi və digər rayonlardan da kombaynların rayona dislokasiya olunmağa davam etdiyi bildirildi. İqlim şəraiti səbəbi ilə məhsuldarlığın onsuz da az olduğu rayonda sahələrdə olan taxılı maksimum şəkildə itkisiz yığmaq daha asan olmalıydı. Onu da xatırlamaq yerinə düşər ki, taxıl sahəsində biçinin gecikdirildiyi hər keçən gün toplanacaq məhsulun daha da azalması deməkdir. Sahələrə texnikanın zamanında və yetərli sayda yönləndirilməsi fermerlərin var olan maddi itkilərinin daha da artmasının qarşısını alar.
Rəqqasə Röya Əliyeva və tələbələri \"Xeyirli axşamlar\"da 16.06.2023
Eşitməyən qalmasın 16.06.2023
15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib
Bu gün bizə miras qalan müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin şah əsəridir. Daim inkişafda olan, yenilənən, çiçəklənən Azərbaycan məhz Ümummilli liderin ideyaları, tövsiyələri sayəsində yüksəliş yolunda inamla irəliləyir. 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə keçirilən silsilə tədbirlərdə bu fikirlərə diqqət çəkilib. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatalada keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Ardınca keçiirlən tədbirdə 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş edilib. Tədbirdə çıxışlar zamanı qeyd olunub ki, hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan elə günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcın əsası məhz həmin günlərdə qoyulur. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqına arxa və dayaq olan dahi şəxsiyyət – ümummilli lider Heydər Əliyevdir. Qaxda da 15 iyun-Milli Qurtuluş Günü münasibətiilə tədbir keçirilib. İştirakçılar ilk öncə şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını Azərbaycanın ən yeni tarixində uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndiriblər. Heydər Əliyevin yaratdığı siyasi xəttin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Qəbələdə də Milli Qurtuluş günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilatların nümayəndələri , eləcə də rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılmasına Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin şanlı tarixini yaradan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində nail olunub. Ağsuda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçrilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş etdirilib. Çıxış edənlər vurğulıayıb ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alaraq yenidən qurduğu və qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Bayram tədbirləri axşam saatlarında konsert proqramları ilə davam edib.
Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verildi
Bu gün Qəbələdı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Açılış mərasiminə baş prokuror Kamran Əliyev də qatılıb. Baş propkurorun sədrliyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xüsusi iclas da keçirilib. Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində Baş prokuror Kamran Əliyev, digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əvvəlcə iştirakçılar yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsinə ehtiramlarını bildiriblər. Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.Daha sonra iştirakçılar Qəbələ Rayon Prokurorluğunun yeni binasında yaradılan şəraitlə tanış olublar. İkimərtəbəli binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, kriminalistika otağı, kitabxana, yeməkxana, dəftərxana, arxiv və idman zalı yaradılıb. Qəbələ Rayon Prokurorluğu üçün müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. Ardınca Qəbələdə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib. İclasa sədrlik edən Baş prokuror Kamran Əliyev Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti haqqında söhbət açıb, Ümummilli Liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Xüsusi olaraq vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu və əhəmiyyəti əvəzolunmazdır. İclasda “Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi”, “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi” mövzularında çıxışlar olub. Maraqlı müzakirələr şəraitində keçirilən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.