Super User
Şabranda Ümumdünya Yoqa Günü qeyd olunub
Tədbir maraqlı anlarla yadda qalıb. Hindistanın Azərbaycandakı səfirliyi Beynəlxalq Yoqa Gününə həsr olunmuş növbəti tədbir keçirib. Tədbir bu dəfə \"Şabran\" hotelində baş tutub. Təqdimat mərasimində qonaqlara ənənəvi hind təbabəti Ayurveda, bədən və ruhun harmoniyasını, fiziki, əqli və mənəvi sağlamlığı yaratmağa imkan verən yoqa dərsləri haqqında məlumat verilib. Sonra Hindistanın Assam əyalətinin ənənəvi mahnı və rəqslərindən ibarət proqram təqdim olunub. Xatırladaq ki, 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatı Hindistanın təşəbbüsü ilə irəli sürülən və 117 dövlətin dəstəklədiyi qətnaməni qəbul etməklə, 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.
Narkotik tərkibli bitkilər yetişdirən Şamlı kənd sakini saxlanılıb
Həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb Qəbələdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Qəbələ Polisinin keçirdiyi əməliyyat zamanı rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Azər Yusibov ifadəsində əməlini etiraf edib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəkidə müəllimlərin sabah keçiriləcək imtahan mərkəzini su basdı
Yağan güclü yağışlar Şəki şəhər 11 nömrəli məktəbdə yerləşən imtahan mərkəzinin divarlarından su sızmasına səbəb olub. Nəticədə otaqları su basıb, elektrik xətləri sıraddan çıxıb. Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, əməkdaşların sürətli reaksiyası nəticəsində suyun texniki vasitələrə zərər verməsi əngəllənib, dam örtüyünün zədələnmiş hissəsi tez bir zamanda təmir edilib. \"Hazırda mərkəzdə bütün resurslar saz vəziyyətdədir və müəllimlərin sabah keçiriləcək sertifikatlaşdırma imtahanına hazırdır\" - deyə məlumatda qeyd olunub.
Qaxda güclü külək və yağış fəsadlara səbəb oldu
Qaxda da güclü külək və yağış fəsadlara səbəb olub. İri gövdəli ağaclar aşaraq yolları bağlayıb, elektrik və telefon xətlərini sıradan çıxarıb. Nəticədə şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparıb.
Qaxda 5 otaqlı ev kül oldu
Hadisə bu gün səhər saatlarında rayonun Qıpçax kəndində, kənd sakini 62 yaşlı Şəfayət Muradova məxsus evdə baş verib. Əraziyə Qax yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyyəti cəlb olunub. Ümumi sahəsi 132 kv/m, kürsülü, 5 otaqdan ibarət olan evin,100kv/m-i tamamilə yanıb. Evin bir otağı, həyətdəki mal tövləsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.
Musiqili və çox maraqlı Xeyirli axşamlar 19.06.2023
İntiqam Kərimov: Mən elə işlərlə məşğul olmuram | Bizim vaxtımızda 19.06.2023
AVAZ-5 Televiziya Uşaq Muğam Müsabiqəsi 18.06.2023
Mediada mənəvi dəyərlər və milli düşüncənin inkişafı | Zamanında 19.06.2023
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir. Növbəti dəstək göstərilən təsərrüfat Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri , eləcə də Zaqatala rayon rəsmiləri təsərrüfatı ziyarət ediblər. 9 ha ərazisi olan təsərrüfat iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda burada arıçılıq, quşçuluq və balıqçılıqla da məşğul olunur. Təsərrüfat sahəsi dağ ətəyində yerləşir ki, bu da turistlər üçün dağa çıxmaq, pikinq etmək, dağ yabanı meyvələrindən bəhrələnmək imkanı yaradır. Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.