Super User
İran vətəndaşının idarə etdiyi bitum daşıyan maşın aşdı
Şəkidə gecə saatlarında İran vətəndaşının idarə etdiyi bitum daşıyan yük avtomobili aşıb. Hadisə Şəki-Qax magistralının Şəkinin İnçə kəndindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Həmin istiqamətdə nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hadisənin yük avtomobilinin əyləc sistemində yaranan problem nəticəsində baş verdiyi bildirilir. Xəsarət alan olmayıb.
Ayan Babakişiyeva ağlayaraq: "Sevirəm... Allah ağlımı başımdan almasın! | Xəbərin var 07.10.2024
Eşitməyən qalmasın 07.10.2024
Beynəlxalq Müəllimlər Günü qeyd olundu
Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər ifşa olub. Rayon polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə keçirdiyi tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.
Vüqar Ziliyevin yaşadığı ünvandan qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Orqanik qida məhsulları | Elə Çarə 02.10.2024
Şəkidə narkokuryerlik edən şəxs tutulub...
Zaqatalada 5 obyektdə yanğın
Bu gün səhər saatlarında Zaqatalanın Heydər Əliyev prospektində 5 obyektin yerləşdiyi ümumi sahəsi 300 kv/m olan birmərtəbəli binada yanğın baş verib. Yanğın binada fəaliyyət göstərən rayonun tanınmış “Süfrə” rastoranının dam örtüyündən başlayıb.
Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, ona bitişik marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qaxda şəhid Nail Süleymanlının xatirəsi anılıb
Qax rayonunun Qaşqaçay kəndindən olan şəhid Süleymanlı Nail Səfər oğlunun ölümündən bir il ötür. Rayon rəhbərliyi kənd sakinləri və şəhidin ailə üzvləri şəhidi məzarı üstünə gələrək yad ediblər.
Leysan yağışları Zaqatalada fəsadlar törətdi
Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub. Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsini basan sel suları yolda avtomobillərin hərəkətində problemlər yaradıb.
Yuxarı Çardaqlar, Muxax kəndlərinin ərazilərinə yağan leysan yağışları səbəbindən kənddaxili çaylarda, kanallarda sel yaranıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, 10 -dan çox evin zirzəmisinə sel suları dolub.
Muxax kəndində bir evin hasarı uçub, bir-neçə ailənin isə ev quşlarını sel suları aparıb. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət vasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.