Şəki şəhər 8 nömrəli Beynəlmiləl Tam orta məktəbdə "Zəfər günü"nə həsr olunan voleybol üzrə açıq turnir başa çatıb. Məktəbli qızlar arasında keçirilən turnirin final mərhələsində 17 nömrəli məktəbin komandası ilə ev sahibləri qarşılaşıb. Gərgin mübarizə şəraitində baş tutan oyunda 8 nömrəli məktəbin komandası qələbə qazanıb. Qalib komanda Azərbaycan Milli yığma komandası ilə yoldaşlıq görüşü keçirib.