Son günlər yağan yağışlar səbəbindən sürüşmə zonaları aktivləşib. Şamaxıda 4 il əvvəl çəkilən Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən təhlükəli vəziyyət yaranıb. Uzun illər yeni yol arzusunda olan sakinlərin sevinci uzun çəkməyib. Onlar yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar.