Super User
Şamaxıda qadın qətlə yetirilib
Şamaxıda qətl hadisəsi baş verib. Məlumata görə, ər arvadını şəhər qəbiristanlığında öldürüb. Rayon sakini, 41 yaşlı Vüsal Hidayətov həyat yoldaşı 29 yaşlı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Vüsal Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.
“Zəfərdən zəfərə gedən yol”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.
Məktəblilər arasında bilik yarışı
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional bilik yarışı keçirilib.
Cabanı–Əngəxaran yolunda çatlar dərinləşir, hərəkət təhlükə altındadır
Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Cabanı–Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində yol çöküb. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Müğənni Elnar Xəlilov və Mədinə Məlik "Xəbərin var?"da 23.04.2025
Təhsildə səviyyə və keyfiyyət | Elə çarə 23.04.2024
Yol qəzasında ata ölüb, oğlu və qohumu ağır xəsarət alıb
Şəkidə ağır yol qəzası baş verib, ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb. Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 44 yaşlı Şəki şəhər sakini Təvəkkül Şiralıyev “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Təvəkkül Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 9 yaşlı Kənan Şirəlizadə və azyaşlının xalası oğlu 15 yaşlı Fəqan Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Günel Nihad, Narin, Qumral, Elşad Qarayev və Güləhməd "5 gün" Mikayıl ilə"də 22.04.2025
Leyla Rəhimova və Kamil Cəfərov "Xəbərin var?"da 22.04.2025
Şəki Dövlət Dram Teatrında "O uzaq axşam..." təqdim edildi
Şəki Dövlət Dram Teatrı bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirməkdə davam edir. Bu dəfə Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşası teatrsevərlərə təqdim dilib. Tamaşa iki insanın - Əsmər və Oktayın taleyindən bəhs edir.