Şəkidə ağır yol qəzası baş verib, ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb. Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 44 yaşlı Şəki şəhər sakini Təvəkkül Şiralıyev “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Təvəkkül Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 9 yaşlı Kənan Şirəlizadə və azyaşlının xalası oğlu 15 yaşlı Fəqan Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.