Şamaxı rayonunda torpaq sürüşməsi qeydə alınıb. Cabanı–Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində yol çöküb. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.