Super User
Azərbaycan Gəncləri Günü ilə əlaqədar intellektual yarışma keçirilib...
Şəkidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin və M.F.Axundzadə adına mədəniyyət mərkəzinin dəstəyi ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Mən həmişə gəncəm – 2” adlı intellektual yarışma keçirilib. Yarışmada Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ bölgələrindən 6 komanda iştirak edib. Yarışma 5 mərhələdən, hər mərhələ isə 10 sualdan ibaərət olub. Ən az xal toplayan 1 komanda hər mərhələdə yarışmadan kənarlaşdırılıb. Yarışmanın yarım finalına “Qax” və “Şəki” komandası çıxıb. Qalib komanda isə “Şəki” komandası olub. Qalib komanda üzvləri fəxri fərmanlarla mükafatlandırılıb. Həmçinin auditoriya qismində əyləşən şəxslərdən suallara düzgün cavab verənlərə hədiyyələr təqdim olunub.
Xuraman Şuşalı doğum gününü canlı efirdə qeyd etdi | Xəbərin var? 02.02.2024
Həftə içi 5 gün səhər saat 10:00-dan 12:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Eşitməyən qalmasın 02.02.2024
Həkim-endokrinoloq Xanım Atayeva - Zob xəstəliyi xecə təyin olunur? | Həkimcanlı 02.02.2024
Qaxda narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb...
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.
2 fevral - Gənclər Günü qeyd edildi...
Heydər Əliyev mərkəzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İcra hakimiyyəti ilə birgə təşkil etdiyi 2 fevral - Gənclər Günü münasibəti ilə rayon tədbiri keçirilib. Tədbirin açılışında ümummilli lider Heydər Əliyevin gənclər siyasətini əks etdirən video çarxın nümayişi olub. Rəsmi hissədə çıxış edənlər iştirakçıları Gənclər Günü münasibəti ilə təbrik ediblər. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlar sayəsində ərazi bütövlüyümüzün bərpa olunması xatırlanıb. Həmçinin gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, müasir rəqəmsallaşan dünyada insan kapitalı əsas faktora çevrilir ki, bu istiqamətdə önəmli addımlar atılır. Vətənə laiqli, savadlı gənclərin yetişdirilməsi üçün təhsil sistemi yenidən qurulur. Tədbirdə gənc nəslin tərbiyəsi sahəsində fərqlənən 30-a yaxın təhsil işçisi fəxri fərmanlarla təltif edilib. Bədii hissədə uşaq-gənclər inkişaf mərkəzlərinin, musiqi məktəblərinin hazırladığı vətənpərvər ruhlu seir, mahnı və rəqslər ifa edilib.
Şəkidən olan şəhid Eltun Kərimovun cənnətdəki 23-cü yaşı qeyd edilib...
Vətən müharibəsinin Şəkidən olan şəhidi Eltun Kərimovun cənnətdəki 23-cü yaşı qeyd edilib. Tədbirdə şəhid və qazi ailələri iştirak ediblər. İlk öncə vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə dualar oxunub. Çıxış edənlər şəhid Eltun Kərimovun qısa ancaq şərəfli ömür yolundan danışıb, onun haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımız heç zaman unudulmayacaq. Xatırladaq ki, Eltun Kərimov 2020-ci ilin oktyabrın 15-də Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub.
Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürülüb...
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb.
Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər. Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Xarici mütəxəssislər Boz Qafqaz Arı cinsinin qorunduğu təsərrüfata baxış keçiriblər...
Azərbaycan Beynəlxalq Arıçılıq konfransına ev sahibliyi edən Zaqatalada "Boz Qafqaz" Arı cinsinin genefondunun qorunması məqsədilə yaradılmış təsərrüfatla tanışlıq məqsədilə tur təşkil edilib. 10-a yaxın ölkənin 30-dan artıq nümayəndəsinə məlumat verilib ki, “Boz Qafqaz” cinsi bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılır. Bu növ arı cinsi artıq mələzləşərək cırlaşmağa doğru getdiyi üçün məhsuldarlığa da mənfi təsir göstərirdi. Buna görə də damazlıq təsərrüfatının yaradılması vacib məslələrdən idi. Hazırda arıçılar bir pətəkdən 5-7 kq məhsul əldə edirsə gələcəkdə damazlıq təsərrüfatlarından 15 kq –dək məhsul əldə ediləcək. Fərqli ölkələrin nümayəndələrinin bir araya gələrək arıçılıq sahəsinidəki mövcud problemlərin həlli yolunda birgə əməkdaşlıq ediləcəyi də vurğulanıb. Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri məhz Boz Qafqaz arı cinsinin genetikasını öyrənmək məqsədilə analiz üçün nümunələr götürüərək öz ölkələrinə aparıblar.