Şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava Qaxda ciddi fəsadlara yol açıb. Rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 71 yaşlı Varobyon Kulaşvilinin evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb. Nəticədə onun evi ilə bərabar İradə Hacıyevanın da yeni təmir olunan evi ciddi zədələnib. Küləkdən sonra yağan leysan yağışı evə maddi ziyan vurub, yağış suları otaqlara dolub.