Super User

Super User

Şəkinin Baltalı kəndində iki kənd sakininə məxsus tövlədə yanğın olub. Hadisə yerinə Fövləladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində 84 yaşlı Fikrət Cəlilova məxsus ümumi sahəsi 180 kvadratmetr tövlənin yanar konstrukasiyaları, çardağına yığılmış 6 ton ot bağlaması, 2 ton dənli bitki – vələmir yanıb. Həmçinin yanğının baş verdiyi tövləyə bitişik olan 57 yaşlı Sənəm Quliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə və çardağına yığılmış 3 ton ot bağlamasının 1 tonu da yanıb. Yanğından tövlənin və ot bağlamalarının qalan hissəsi mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, hadisənin qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Şəki Dövlət Dram Teatrında “Azərbaycan Musiqi Xəzinəsində Klassik və Müasir Qarmon İfaçılığı” adlı qarmon ifaçılarının konserti keçirilib. Konsert proqramında ölkənin tanınmış qarmon ifaçıları, incəsənət və ictimaiyyət nümayəndələri iştirak edib. Konsertdən öncə çıxış edənlər qarmon ifaçılığının Azərbaycan incəsənətindəki yerindən və tarixindən danışıblar. Bildirilib ki, qarmon ifaçılığı sənəti musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Daha sonra konsert proqramına start verilib. Qarmon ifaçılarının bir-birindən gözəl ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Şamaxının Mərzəndiyə kəndində yeni tibb məntəqəsinin açılması kənd sakinləri üçün əsl hədiyyə idi. Artıq sağlamlıqlarının daha əmin əllərdə olduğunu düşünürdülər. Lakin onlar heç gözləmədikləri bir nəticə ilə qarşılaşıblar. Kənd sakinləri müasir standartlara uyğun tikilmiş məntəqənin qapılarının hələ də onların üzünə açılmasını gözləyirlər.

Şamaxının Mərzəndiyə kənd tibb məntəqəsi bir neçə il öncə yenidən qurulub. Ancaq kənd sakinlərinin böyük həvəslə istifadəyə veriləcəyini gözlədiyi səhiyyə ocağının qapısı hələ də açılmayıb. Xəstəsi olanlar ən xırda narahatlıqda belə şəhərə qədər getməyə məcbur qalırlar. Kəndin şəhərdən uzaq olması isə həm xəstəni çatdırmaq baxımından, həm də maddi baxımdan sakinlərə böyük problem yaradır.

Sakinlər aidiyyatı qurumlara müraciətində kadr çatışmazlığığnın əsas gətirildiyini bildirirlər. Ancaq elə kəndin özündə məntəqədə çalışa biləcək tibbi personalın da olduğunu iddia edirlər. Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir.

Burada 2 ailə həkimi 7 tibb bacısı və 1 mama çalışır. Mərzəndiyyə tibb məntəqəsində həkim ştatı nəzərdə tutulmayıb. Burada tibb bacısı ştatına işə qəbul üçün isə elan verilsə də, heç bir müraciət daxil olmayıb.

Qəbələdə Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Çinar Soltanovun üzərindən qurudulmuş marixuana aşkar edilib. Onun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub .Mərdan Əzəmmədovunsa üzərindən və yaşadığı ünvandan satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanıb.

Həftə içi 5 gün səhər saat 10:00-dan 12:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

 

164 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S