Super User
Xeyirli axşamlar 14.02.2024
Yaxşı deyək, yaxşı eşidək! 14.02.2024
Eşitməyən qalmasın 16.02.2024
Gülay Zeynallı: Artıq söz-söhbətlərdən ehtiyat edirəm. Efirə çıxmıram... | Xəbərin var? 15.02.2024
Rəqqasə Aygün: Çox qısqancam, başqasının ərini istəmirəm! | Xəbərin var? 14.02.2024
Dərin venaların trombozu. Müalicə necə aparılır? | Həkimcanlı 15.02.2024
Şəkidə yarımçıq qalan asfaltlanma işləri nə zaman bitəcək?
Şəkililər su-kanalizasiya layihəsi çərçivəsində qazılan yolların nəhayət ki, təmir edilməyə başlanacağına sevinsə də bu sevincləri uzun çəkmədi. Yenilənmə işləri çərçivəsində üst asfalt örtüyü götürülən küçələrdə işlər bir müddətdir ki, dayandırılıb. Bu isə hərəkət iştirakçılarının çətinliyini bir az da artırıb.
Bəs, yol örtüyünün yenilənməsi prosesinin bu qədər uzanması normaldırmı? Ekspertlər hesab edir ki, yol infrastrukturu ilə bağlı qaydalara əsasən proses çox qısa müddətdə başa çatmalı idi. Şəhərin mərkəzi küçələrində bərpa işlərinin nə zaman yekunlaşacağı ilə bağlı sorğumuza cavab olaraq rayon icra hakimiyyətindən bildirildi ki, tezliklə asfaltlanma işlərinə başlanılacaq.
Qeyd edək ki, ilk olaraq Sabit Rəhman, Heydər Əliyev prospekti, M. Rəsulzadə küçələrinin asfalt örtüyünün yenilənəcəyi planlaşdırılır.