Super User

Super User

Çərşənbə axşamı, 26 Mart 2024 12:21

Tətilin son günü avtovağzallarda sıxlıq...

Bayram tətilinin son günlərində ən çox sıxlıq müşahidə olunan məkanlardan biri də avtovağzallardır. Adi günlərdə adətən sakitliyin hökm sürdüyü Zaqatala Beynəlxalq avtovağzalında da bir neçə gündür ki, canlanma yaşanır. Novruz bayramı ilə əlaqədar 1 həftəlik tətildə rayona üz tutanlar, indi də geri qayıdırlar.

Əsasən Bakı- Zaqatala istiqamətində sərnişin çoxluğu müşahidə olunsa da, Gəncə, Şəki və digər şəhərlərə də gedənlərin sayında artım var. Sərnişinlərin mənzil başına rahat çatmaları üçün Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə avtobuslar buraxılıb.

Çərşənbə axşamı, 26 Mart 2024 12:03

Hər yağışda keçilməz hala düşən küçə...

Bura hansısa ucqar kəndin ərazisi deyil, Şəkinin Mübariz İbrahimov küçəsidir. 20-yə yaxın ailənin yaşadığı küçə asfalt üzü görməyib. Bu azmış kimi su-kanalizasiya xəttinin çəkilişi zamanı qazılan yol biraz da yararsız hala düşüb. Sakinllər deyir ki, günü-gündən çökən yol yağış yağdıqda tamamilə keçilməz olur.

Sakinlər deyir ki, yolda maşınlar belə hərəkət etməkdə çətinlik çəkir. Dərsə gedən məktəblilər, işə gedən sakinlərsə küçədən geyimləri təmiz şəkildə keçə bilmirlər. Şəki Şəhər İcra Hakimiyyətindən isə məsələ barədə bildirildi ki, həmin əraziyə baxış keçirilib, müvafiq ölçmə işləri aparılıb, lahiyə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Vəsait ayrılacağı təqdirdə küçədə asfalt örtüyünün çəkilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, oxşar vəziyyət Şəkinin əksər daxili küçələrində hökm sürür. Ümid edirik ki, tezliklə vəsait ayrılar və problemin həll istiqamətində işlərə başlanar.

Çərşənbə axşamı, 26 Mart 2024 09:29

Səhər dəmi 26.03.2024

Çərşənbə axşamı, 26 Mart 2024 07:57

Qəbələdə ağacəkmə aksiyası keçirilib...

Qəbələdə Beynəlxalq Meşələr günü münasibətilə ağacəkmə aksiyası keçirilib. 15 saylı Regional Meşə Təsərrüfatı mərkəzinin Seyidqişlaq kəndində təşkil etdiyi aksiyaya şəhid ailələri, qazilər və kənd sakinləri də qoşulub. Ümumilikdə 1 ha ərazidə 3300 ədəd qoz tingi əkilib. Aksiyanın keçirilməsində məqsəd yeni yaşıllıq zolağının salınması və ekoloji tarazlığın qorunmasıdır.

Çərşənbə axşamı, 26 Mart 2024 07:38

Yaslarda yemək qadağası...

Əgər bir yaxının rəhmətə getdisə, onun kədəri, dəfn mərasimi qalır bir tərəfdə, başlayırsan bir toyun bazarlığını etməyə. Çünki baş sağlığı üçün gələnlərə ən pis halda dovğa, bozbaş, plov verməlisən. Əgər maddi imkanı yaxşı deyilsə, borc alıb, hətta kredit götürüb yas verənlər də az deyil. Necə deyərlər, "qəşəng" ehsan verməsə, adam içinə çıxmağa xəcalət çəkəcək. Bu kimi problemlərdən təngə gələn Şəki rayonunun Şirinbulaq kənd camaatı ümumi bir qərar verib ki, bundan sonra yas mərasimlərində yemək verilməsin. Yaxınını itirmiş şəxslərin "ehsan" süfrələri açmaqda yarışması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına ziddir. Şəkinin Kiçik Dəhnə, Kiş və Oxud kəndlərində artıq yaslarda yemək verilməsi adəti tədricən aradan qaldırılır. Şübhəsiz ki, oturuşmuş ənənələrin asanlıqla ləğv edilməsi çətindir. Problemdən xilas olmağın mükəmməl yolusa maarifləndirmə, yas məclislərini idarə edən din xadimlərinin öz vəzifələrini və məsuliyyətlərini dürüst anlamalarıdır.

135 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S