Bazar ertəsi, 28 Fevral 2022 19:01

Oğurladıqları pulu torpağa basdıran dostlar saxlanılıb...

Qaxda isə ələ keçməmək üçün oğurladıqları 10 000-ə yaxın ABŞ dollarını torpağa basdıran dostlar saxlanılıb... Belə ki, Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər. Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə Nicat Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb. Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S