Cümə, 25 İyul 2025 15:02

Ana və qızı yol qəzasında ağır xəsarət alıb

Şamaxıda ağır yol qəzası baş verib. Bu gün saat 13:00 radələrində Göyçay rayon sakini, 24 yaşlı Fuad Cabbarov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 45 yaşlı Kəmalə Rəfiyeva və onun 17 yaşlı qızı Leyla Rəfizadəni vurub. Hadisə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. Ağır yaralanan ana və qızı ətrafdakı sakinlərin köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb. Hər iki yaralının vəziyyəti ağır qiymətləndirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S