Şəkinin Cumakənd kəndində dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.