Bazar ertəsi, 28 Fevral 2022 18:56

Təhlükə saçan ağaclar...

Zaqatalanın 9 kəndinin 20 minə yaxın sakininin rayon mərkəzinə gəlmək üçün gündəlik istifadə etdikləri yol əsl təhlükə mənbəyidir. Yolun sağında və solunda olan irigövdəli çinar ağacların əksəriyyəti quruduğundan, əsasən də küləkli və yağışlı havalarda bu yoldan istifadə edən sakinlər xata-bəlasız mənzil başına çatmaq üçün yolboyu dua edirlər.  Efitrdən sonra... Küləkli havalarda həmin istiqamətdə aşan ağacları dəfələrlə çəkib göstərmişik. Maraqlıdır ki, problemin həlli ilə bağlı tədbir görmək üçün hər hansının faciənin yaşanması gözlənilir?  

 Zaqatalada 9 kəndi birləşdirən magistral yol artıq istifadəçilər üçün təhlükə mənbəyinə çevrilib. Yolun kənarında vaxtilə əkilən çinar ağacları indi yollara yox, sanki burdan keçənlərin həyatına kölgə salmağa başlayıb. Ağaclar quruduğundan bəzən küləkli hava zamanı qol-budağı qırılıb tökülür, aşaraq yolda təhlükə saçmaqla yanaşı, nəqliyyatın hərəkətinə də ciddi maneə törədir. Ekologiyanın çirkləndiyi bir vaxtda ağacları qorumaq hər birimizin borcu olsa da o ağaclar insanların həyat və fəaliyyətinə mənfi təsir göstərirsə bir tədbir görülməlidir. Sakinlərin sözlərinə görə, yağışlı, küləkli havada bu qoca çinarlar  elektrik və rabitə naqillərini də qırıb tökür, sakinləri qaranlıqda qoyur. Məsələ ilə bağlı Makov İnzibati Ərazi nümayəndəliyindən bilirilib ki, problemin birdəfəlik həlli istiqamətində artıq müvafiq addımlar atılır. Qeyd edək ki, problem təkcə sözügedən ərazidə yox, Zaqatalanın bir çox kənd daxili yollarında da müşahidə edilir. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S