Bazar ertəsi, 28 Fevral 2022 11:38

Aşağı Çağan kəndinə canavarlar hücum edib...

Şamaxının Aşağı Çağan kəndində canavarlar iri buynuzlu mal-qaraya hücüm edib. Hadisə nəticəsində 12 baş heyvana xəsarət yetiriblər. Ümumilikdə fermerlərə 10 min manatdan artıq ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur.
Şamaxının Aşağı Çağan kəndinə canavarların hücumu artıb. Son bir ayda bu hücumlar nəticəsində 19 baş iribuynuzlu mal qaraya xəsarət yetirilib, 2 baş heyvan isə tələf olub.
Kənddə ümumilikdə 20 ailə qalıb ki, onların da əsas məşğuliyyəti heyvandarlıqdır. Artıq öz canlarının da təhlükədə olduğunu deyən sakinlər belə getsə kəndi tərk edib, şəhərə köçmək niyyətindədirlər.
ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, Azərbaycanda canavarların vurulması qadağandır. Ancaq canavar kiməsə hücum etdiyi zaman vurula bilər.
Qeyd edək ki, analoji hücum halları ötən ilin mart, aprel, may aylarında da baş vermişdi. O zaman da fermərlər kömək istəsələr də heç bir tədbir görülməmişdi.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S