20 fevral Vətən müharibəsi şəhidi Şahmar Soltanlının doğum günüdür. 1996-cı ildə Şəki şəhərində dünyaya göz açan qəhrəmanımızın cənnətdəki 26-cı doğum gününü ailəsi, yaxınları, şəhər sakinləri məzarı başında qeyd edib. İştirakçılar şəhidin əziz xatirəsini anıb, ruhuna dualar oxuyub, qəbri üstünə güllər düzüblər. Çıxış edənlər Şahmar haqqında xatirələrini bölüşüb, onun vətən sevgisindən, mərdliyindən, müharibədə göstərdiyi igidlikdən qürurla danışıblar. Şəhidin təhsil aldığı orta məktəbin şagirdlərinin ifasında vətənpərvər ruhda şeirlər səsləndirilib. Qeyd edək ki, Şahmar Soltanlı 27 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən savaşda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.