Bu il ərzində Qax rayonunun 7 kəndində əhalinin içməli suyla təminatının yaxşılaşdırılması üçün müvafiq işlərin görülməsi nəzərdə tutulub. Hazırda rayonun Qaratala , Amannı və Ağyazı kəndlərində artezian quyularının qazıntısına başlanılıb. Həmin quyularda iş tamamlandıqdan sonra digər dörd kənddə Calayir, Şıxlar, Tasmalı və Güllük kəndlərində quyuların qazılmasına start veriləcək. Ümumilikdə Qax rayonunda iki subartezian və beş artezian quyusunun qazılması planlaşdırılır.