Çərşənbə axşamı, 22 Fevral 2022 18:41

Mədrəsə və Kərkəncdə elektrik təsərrüfatı yenilənir...

Şamaxının Mədrəsə qəsəbəsi və Kərkənc kəndində abadlıq və quruculuq işləri aparılır. Hər iki yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənir. Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Tamam Cəfərova aparılan işlərlə tanış olub, sakinlərin problemlərini dinləyiblər.  İndiyədək Mədrəsə qəsəbəsində ümumilikdə 603 ədəd 0.4 kV-luq, 50 ədəd 10 kV-luq elektrik dirəyi yenilənib, 5000 metr SİP kabel çəkilib və 5 transfarmator məntəqəsinin yeri hazırlanıb. Bu da qəsəbənin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatında müstəsna əhəmiyyət kəsb edir. Kərkənc kəndində isə 80 ədəd 0.4 kV-luq dirək yenilənib, 2 transfarmator məntəqəsinin yeri hazırlanıb. Hazırda yenilənmə işləri sürətlə davam etdirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S