Balakəndə isə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb. Rayon sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları intizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci - avtoxuliqanlıq maddəsi ilə protokol tərtib edib, hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.