Şamaxı rayonunda 100 çox əhalinin yaşadığı yeni yaşayış massivinin adı yoxdur.10 ilə yaxındır ki, sözügedən ərazidə yaşayan sakinlər bu səbəbdən bir sıra çətinliklərlə üzləşirlər. Yeni salınan yaşayış massivinin problemləri təkcə bununla yekunlaşmır. Sakinlərin üzləşdikləri bir başqa problem isə yol problemidir. Sakinlər yayda toz, qışda isə palçıq əlindən hərəkət etməyə çətinlik çəkirlər. İri çuxurlar, çay daşları və palçıq qatı piyada və sürücüləri burdan keçməyə peşman edir. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya baha qiymətə aparırlar.Taksi olmayanda isə palçıqlı keçilməz yolları piyada getmək məcburiyyətində qalırlar. Bu acınacaqlı vəziyyətdə olan yollardan hər gün ən az iki dəfə keçmək məcburiyyətində qalan məktəbli uşaqlar problemi daha çox yaşayırlar. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparmağa məcbur olurlar. Qarşıdan yağışlı mövsümün gəldiyini nəzərə alsaq, sakinlər üçün bu yoldan istifadə yazda daha da mümkünsüz olacaq. Ümid edirik ki, o zamana qədər problem həllini tapar. O ki, qaldı ad məsələsinə tezliklə yaşayış maassivinə ad veriləcəyi bildirildi.